İxracın təşviqi departamentinin ixrac bazarları ilə iş şöbəsinin müdiri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
  • Şöbəni təmsil etmək;
  • Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət etmək;
  • Quruma daxil olan və şöbənin səlahiyyətlərinə aid olan məktub, müraciət və digər sənədlərə qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək; 
  • İxrac bazarlarında mövcud təcrübənin öyrənilməsi və Azərbaycan Respublikasında tətbiqi üçün təkliflərin verilməsi istiqamətində işlərin görülməsi;
  • İxracın təşviqi məqsədilə xarici ölkələrin müvafiq qurumları ilə birgə konfransların, forumların və belə xarakterli digər tədbirlərin Azərbaycanda təşkil olunması ilə bağlı danışıqların aparılmasında iştirak etmək;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar dövlət orqanlarında təmsilçiliyi yerinə yetirmək;
  • Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
  • İxrac bazarları üzrə mövcud vəziyyəti təhlil etmək və bu istiqamətdə yaranan çətinliklərin həlli istiqamətində təkliflər vermək;
  • İxrac bazarlarında mövcud prosedur, qaydalar və s. barədə məlumatlı olmaq və bunlarla bağlı ixracatçıların müraciətlərini cavablandırılmasını təmin etmək;
  • Şöbənin fəaliyyətinin yekunu olan sənədlərin müəyyən olunmuş qaydada aidiyyəti üzrə və ya arxivə təhvil verilməsinə nəzarət etmək;  
  • Baş verən iqtisadi dəyişikliklərə dair məlumatlı olmaq və iqtisadi təhlillər apararaq onların ixrac bazarlarına təsirini müəyyən etmək; 
  • Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində qurumun digər strukturlarından zəruri məlumat və sənədləri almaq;
  • Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün qurumun rəhbərliyinə təqdimatlar vermək;
  • Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

İş qrafiki:

  • Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
  • Zərurət olduqda şənbə günü - yarım gün

Vəzifəyə dair tələblər:

  • Təhsilə dair tələblər: İqtisadiyyat, hüquq, idarəetmə, sosial elmlər və ya oxşar sahələr üzrə ali təhsil;
  • İş stajına dair tələblər: bu sahədə ən azı 7 il iş stajı;
  • Yaş: 27 yaşdan yuxarı;
  • Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili – C1;     Rus dili - C1.

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

  • Komanda ilə işləmək bacarığı;
  • İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
  • Mükəmməl kommunikasiya bacarığı;
  • Yaradıcı qabiliyyət;
  • Analitik təhlil;
  • Gərgin iş qrafikinə uyğunlaşma.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İxrac bazarları ilə iş şöbəsinin müdiri” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Email:  [email protected]