İşin təsviri
Vəzifə funksiyaları:
- Mühasibat və vergi uçotunun aparılması;
- Mal-Material uçotunun aparılması;
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Bank əməliyyatlarının həyata keçirilməsi;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- Aylıq maliyyə hesabatlarının hazırlanması, pul vəsaitlərinin hərəkəti haqqında, maliyyə vəziyyəti haqqında hesabat hazırlanması;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Vergi, DSMF, Statistika, bütün hesabatların hazırlanması və onlayn təqdim edilməsi;
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab – Fakturaların tərtib olunması;
- Bank, Kassa, Satış, Əmək haqqı , avans, mal-material və s. sənədlərinin proqram təminatına daxil edilməsi;
- Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Mühasibatlıq/Maliyyə sahəsində bakalavr dərəcəsi;
- Dövlət qurumunda, büdcə təşkilatında mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi;
- ACCA FA, FR sertifikatları arzuolunandır;
- MS Office proqramlarının biliyi (xüsusilə MS Excel);
- Analitik düşünmə, komandada işləmək bacarığı;
- Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması.
Email: [email protected]