Kadrlar üzrə mütəxəssis

  • Halal-P
  • Elanın qoyulma tarixi: 01.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi
  • Vakant ştat vahidləri üçün işçi axtarılması, işçi bazasının formalaşdırılması 
  • İşçilərin əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, kadrlara aid digər prosedurların yerinə yetirilməsi
  • Elektron hökumət portalında (ƏMAS ) əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi
  • Əmək qanunvericiliyin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması
  • İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması
  • Əmək kitabçalarında müvafiq qeydlərin aparılması
  • İşçilərin davamiyyətinə nəzarət etmək və aylıq tabelləri hazırlanması
  • Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması
  • Ezamiyyət bağlı əməliyyatların sənədləşdirlməsi
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və əmək münasibətləri zamanı baş verən digər halların sənədləşdirilməsi aparılması
  • İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlanıb təqdim edilməsi
  • Şirkətin fəaliyyəti ilə əlaqədar bütün kadr sənədləşməsinə dair  sənədlərin (qərarlar, əmrlər, qaydalar, prosedurlar və s.) icra etmək
  • Pozuntu hallarının aradan qaldırılması məqsədi ilə rəhbərliklə birlikdə qanuni addımların  atılmasını təmin edilməsi

Məsuliyyətlər:

  • Ali təhsil 
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
  • Azərbaycan və Rus dili biliyi vacib, İngilis dili arzuolunandır.
  • MS Office proqramlarında və 1C proqramında işləmə bacarığı
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə yüksək səviyyədə biliklər
  • Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik
  • Komandada işləmək,güclü ünsiyyət və idarəetmə bacarığı

Dəyərlərimiz:

  • İnkişaf və davamlı öyrənmək istəyi
  • Qayğı göstərmək və kömək etmək istəyi
  • Dürüstlük və ədalətli mübadilə

Seçim bir neçə mərhələdə aparılır:

  1. CV - bənzər bir təcrübənin varlığına baxırıq
  2. Doldurulmuş anket forması - cavab sürətinə və anketin məzmununa baxırıq
  3. Üz-üzə müsahibə - “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
  4. Rəhbərlə müsahibə

Şərtlər:

İş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək;

Yuxarıda yazılanlarda özünü tapdınsa – geri dönüş et! 

Aylıq əmək haqqı: 1000-1200 AZN

Bu linkə daxil ol və anket formasını doldur. Onu da CV ilə birlikdə göndərməyi unutma. 

Bizimlə iş şən və perspektivlidir!

Email^ [email protected]