Onlayn satış üzrə mütəxəssis

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 01.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Onlayn daxil olan sifarişləri ilkin olaraq nəzərdən keçirmək;
  • İnternet və digər media kanalları üzərindən potensial müştəri axtarışını həyata keçirmək;
  • Mövcud olan müştəri bazasını daim izləmək və yeni daxil olan müraciətləri qeydiyyata almaq;
  • Müştəri tələbini müəyyən etdikdən sonra qiymətlər və endirim şərtləri haqqında müştərilərə məlumat vermək;
  • Satışla əlaqəli şirkətin qayda və prosedurlarını müvafiq olaraq tətbiq etmək;
  • Satışı həyata keçirilən məhsul kateqoriyaları və kampaniyalar haqqında müştəriləri ətraflı məlumatlandırmaq;
  • Müştəri xidmətləri və müştəri məmnuniyyəti ilə bağlı qaydaları bilmək və tətbiq etmək;
  • Daim bazar araşdırması edərək müxtəlif məhsul kateqoriyaları və yeni məhsul növləri haqqında məlumatlılığını artırmaq;
  • Təyin olunan performans göstəricilərini (KPI) vaxtında icra etmək;

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan dilini əla səviyyədə (rus və ingilis dillərini bilmək üstünlükdür);
  • MS Office (Outlook, MS Word, Excel);
  • Yüksək inandırıcılıq qabiliyyəti;
  • Özünü təqdim etmə bacarığı;
  • Operativlik və dəqiqlik;

İş şəraiti:

  • İş yeri – Baş ofis;
  • İş qrafiki – Növbəli iş qrafiki.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Onlayn satış üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Email: [email protected]

İşəgötürənin reytinqi