Satınalmalar üzrə mütəxəssis

  • Halal-P
  • Elanın qoyulma tarixi: 27.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Xarici satınalma və təchizat sahəsində təcrübə (texniki biliyi olan, sənaye avadanlıq, elektrik və elektronik malların və onların  ehtiyyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarətin əsaslarını bilmək şərtdir)
  • İngilis və Rus dillərində yüksək yazı və danışıq bacarığı mütləqdir. 
  • İşgüzar etik qaydalar, punktuallıq və vaxtdan düzgün istifadə bacarığına üstünlük veriləcək.
  • MS Office proqram biliklərin olması vacibdir.
  • Bazarı təhlil etmək bacarığı
  • Danışıqların aparılması bacarığı
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları

Vəzifə öhdəlikləri:

  • Təchizatçılar ilə əlaqələrin qurulması;
  • Satınalma sənədlərinin hazırlanma bacarığı;
  • Satınalma müqavilələri haqqında məlumatlı olmalı;
  • Xarici logistikanı bilməli;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
  • Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;
  • Xarici bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;
  • Xarici və daxili ezamiyyətlərə getməyə imkanı olmalı
  • Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq
  • Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək
  • Satınalma müqavilələrini  hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq
  • Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək
  • Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək
  • Sifariş verilən  malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək
  • Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq
  • Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq

Dəyərlərimiz:

  • İnkişaf və davamlı öyrənmək istəyi
  • Qayğı göstərmək və kömək etmək istəyi
  • Dürüstlük və ədalətli mübadilə

Seçim bir neçə mərhələdən ibarətdir:

  1. CV – namizədlərin təcrübəsinin uyğunluğu nəzərdən keçirilir
  2. Doldurulmuş anket forması - cavablandırma sürəti və anketin məzmununu nəzərdən keçiririk
  3. Üz-üzə müsahibə - “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
  4. Rəhbərlə müsahibə

Şərtlər:

  • Yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar təchiz edirik;
  • Sizə xidmət və məhsullarımız barədə maksimum məlumat verməyə hazırıq;
  • Xarici bazarı araşdırıb, birlikdə uğurlu planlar yaradacağıq - uğurlu təcrübəni bölüşmək imkanınız olacaq;
  • İş cədvəli: Həftənin 5 günü 9.00-dan 18.00-dək;

Yuxarıda qeyd edilənlər sizə uyğundursa – geri dönüş edin! 

Əmək haqqı: 1000-1500 AZN

CV-zi vakansiyanın adını qeyd etməklə göndərməyi unutmayın. 

Bizimlə iş şən və perspektivlidir!

Email: [email protected]