Aktuari

  • Xalq Sığorta
  • Elanın qoyulma tarixi: 27.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Aktuari işinin əsaslarını bilmək
  • Aktuari təlimatına uyğun hesablamalar aparmaqla Sığorta ehtiyatlarının hesablanmasını təmin etmək
  • Sığorta ehtiyatlarının hesablanması, tələb olunan kapitalın müəyyənləşdirilməsi ilə bağlı,  həmçinin sığortaçının öz vəsaitlərini, sığorta ehtiyatlarını təmin edən vəsaitlərin investisiyaya yönəldilməsi və məcmu kapitalı haqqında hesabat hazırlamaq;
  • İqtisadi-riyazi hesablamalar vasitəsilə sığorta tariflərinin hesablanmasının əsaslarını müəyyən etmək;
  • Aktuari fəaliyyəti ilə bağlı uzunmüddətli və illik inkişaf planlarını müəyyən etmək; 
  • Aktuarinin müstəqilliyinə və ya obyektivliyinə müdaxilələr barədə rəhbərliyə məlumat vermək;
  • Rəhbərlik tərəfindən həvalə edilmiş digər vəzifələri həyata keçirmək; 

Tələblər:

  • Aktuari və ya Maliyyə sahəsində ən azı bakalavr təhsili
  • 1 ildən artıq rəsmi aktuari təcrübəsinə malik olmaq
  • AR tərəfindən təqdim olunan Aktuari şəhadətnaməsinə sahib olmaq
  • MS Office proqramlarında (Excel yüksək səviyədə) işləmək bacarığı 
  • Sığorta fəaliyyətinə aid olan qanunları və AR Mərkəzi Bankının normativ sənədlərini bilmək
  • Sığorta cəmiyyətinin strukturunun profilini və xüsusiyyətlərini bilmək

Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda Tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Aktuari” qeyd olunmayan "CV"-lərə baxılmayacaq. 

İşəgötürənin reytinqi