SƏTƏM üzrə Kiçik Mütəxəssis/Koordinator

  • AZCD Group QSC
  • Elanın qoyulma tarixi: 25.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək
  • İş yeri sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək
  • Bədbəxt hadisələrin tədqiq olunmasında iştirak etmək və İZ formalı aktı tərtib etmək
  • İş yerlərində əməyin təhlükəsizliyi üzrə nişanların və lövhələrin siyahısını tərtib etmək
  • Əməyin təhlükəsizliyi üzrə təlim proqramının təşkilində iştirak etmək və təsdiq olunmuş proqram üzrə işçilərə təlimlər keçmək
  • Qurğu və avadanlıqlarına vaxtaşırı sınaqların, qoruyucu və fərdi mühafizə vasitələrinə, qurğulara texniki baxışın keçirilməsinə nəzarət etmək
  • Müəssisədə istismar olunan yüksək təhlükəli obyekt və avadanlıqların, habelə təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşmənin düzgün aparılmasına nəzarət etmək
  • İstehsalat sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin alınması üçün tələbnamə tərtib etmək
  • İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və FMV-dən düzgün istifadə olunmasına nəzarət etmək
  • İş yerlərində risk analizi aparmaq, risklərin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət etmək
  • Struktur rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq
  • Əməyin və ətraf mühitin mühafizəsi norma və qaydaları üzrə aşkar etdiyi pozuntuların aradan qaldırılması barədə bütün vəzifəli şəxslərə və mütəxəssislərə icrası məcburi olan göstərişlər vermək

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Kompüter bilikləri: MS Outlook,MS Office (əla);
  • FHN Sertifikatı
  • Avtomobil idarəetmə bacarığı (B,BC kateqoriyalı).
  • Xarici dil biliyi üstünlüyü (İngilis dili, Rus dili,Türk dili);

Təminatlar:

  • Əmək haqqı 800-1000 AZN
  • Gecələmək üçün yer təminatı;
  • Gün ərzində 3 dəfə qidalanma;
  • Avtomobil təminatı;
  • Rabitə xərcləri;

İş saatları 08:00 – 17:00; 

Nahar fasiləsi: 12:00-14:00 

Qeyd: Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsində icra olunan layihəmizdə ( Gəncə şəhəri və ətraf ərazilərdə yaşayan namizədin müraciət etməsi arzu olunandır)

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “SƏTƏM üzrə Kiçik Mütəxəssis/Koordinator” qeyd edərək elektron ünvanına CV göndərməniz xahiş olunur.

Email: [email protected]