Təchizatçı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yeni təchizatçıların axtarışı (tender üsulu ilə);
  • Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması;
  • Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
  • Alınmış malların qeydiyyatının istifadə olunan proqramda (Günəş) aparılması;
  • Tədarükçülərin axtarışını həyata keçirirmək;
  • Tədarükçülərlə sifarişlərin yerləşdirilməsi və tədarüklərin müddətini və şərtlərini razılaşdırmaq üçün danışıqlar aparmaq;
  • Tədarükçülərlə müqavilələrin bağlanma və onlara əməl edilməsinə nəzarət etmək;
  • Satınalmalar üzrə menecerin rəhbərliyi altında satınalma strategiyasının inkişafı, idarə edilməsi və həyata keçirilməsi;
  • Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
  • Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
  • Qiymət araşdırması;
  • Verilən sifarişlər əsasında mal - materialların texniki göstəricilərini   dəqiqləşdirərək siyahılarını hazırlamaq və alınmasını təşkil etmək; 
  • Malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək;
  • Alınan mal - materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək;
  • Limit üzrə alınan malların verilməsi və texniki təchizat üzrə planın yerinə yetirilməsinə nəzarət etmək;
  • Malgöndərən təşkilatlarla, müəssisələrlə yazışmalar aparmaq və bunun müqabilində müvafiq qaydalara uyğun müqavilələr hazırlamaq.

Tələb olunan təcrübə, bacarıqlar və səriştələr: 

  • Ali və ya orta ixtisas təhsil;
  • Satınalma sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
  • Mal - materialların alınması və mal göndərənlərlə satınalma müqavilələrinin bağlanması qayda və metodlarını bilmək;
  • Azərbaycan dilində səlis bilmək, Rus və İngilis dillərin yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcəkdir;
  • Diqqətli, şəffaf, işində dəqiq və dürüst olmaq;
  • Səliqəli və təmizkar olmaq;
  • Komandada işləməyi bacarmaq.

İş şəraiti:

  • İş rejimi: 6 günlük iş həftəsi;
  • İş yeri – İsmayıllı, Basqal qəsəbəsi;
  • İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
  • Nahar yeməyi şirkət tərəfindən qarşılanır;
  • İsmayıllı və Şamaxı şəhərlərindən hotelə nəqliyyat xidməti mövcuddur.

Müraciət etmə qaydası:

Maraqlanan namizədlər mövzu yerində “Təchizatçı” yazmaqla öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər. 

Yalnız tələb edilən təcrübə, bacarıqlar və səriştələrə cavab verən namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Basqal Resort & Spa tərəfindən digər vakansiyalar