İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şirkətin tələbatına uyğun olaraq məhsul və xidmətlərin satınalma prosesinin idarə edilməsi;
- Bazar araşdırması aparmaq, potensial təchizatçıları müəyyənləşdirmək və qiymət müqayisələri etmək;
- Təchizatçılarla danışıqlar aparmaq, ən optimal şərtlərlə müqavilələrin bağlanmasını təmin etmək;
- Gündəlik satınalma sifarişlərinin icrasına nəzarət etmək;
- Malların təhvil-təslim prosesinə və keyfiyyətinə nəzarət etmək;
- Satınalma planlaması aparmaq və büdcə çərçivəsində optimal xərclənməni təmin etmək;
- Satınalma ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznes, Menecment və ya uyğun sahə üzrə);
- Satınalma sahəsində minimum 2 il iş təcrübəsi (müvafiq sahədə təcrübə üstünlükdür);
- Bazar və təchizatçılarla iş prinsipləri barədə biliklər;
- Güclü analitik düşüncə və danışıqlar aparma bacarığı;
- MS Office proqramları ilə sərbəst işləmə bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq
- Azərbaycan və rus dili sərbəst danışıq, ingilis dili yaxşı
İş şərtləri:
- İş qrafiki: 6 günlük
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
- Ünvan: Binəqədi yolu 100
Müraciət etmək üçün vakansiya başlığını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına CV-nizi göndərməyiniz xahiş olunur: