Baş mühasibin müavini

  • Xirman
  • Elanın qoyulma tarixi: 07.10.2025

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin mühasibat uçotunun qanunvericiliyə uyğun aparılmasında Baş mühasibə dəstək göstərmək;
  • Maliyyə əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin etmək;
  • Göstərilən xidmətlərin hesablaşmaları üzrə mühasibat uçotunun aparılmasına, pul vəsaitlərinin hərəkətinə, mühasibat hesabatının formalaşdırılması üçün mühasibat sənədlərinin tərtibinə nəzarət etmək;
  • Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına təqdim ediləcək hesabatların hazırlanmasında iştirak etmək;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlərin düzgün hesablanmasına nəzarət etmək;
  • Bank və kassa əməliyyatlarını aparmaq və sənədləşdirmək;
  • ·E-qaimə, elektron vergi hesab fakturaları və digər elektron sənədləri tərtib etmək və göndərmək;
  • Daxili auditlər və yoxlamalar zamanı zəruri məlumatları təqdim etmək;
  • Mühasibatlıq proqramlarında işləmək və məlumatların düzgünlüyünə nəzarət etmək;
  • İş prosesində məlumatların məxfiliyini saxlamaq;
  • Baş mühasibin verdiyi digər tapşırıqları icra etmək;

Tələblər:

  • Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Microsoft Office proqramlarını bilmək;
  • Kompyuterdə sərbəst işləmək bacarığı (1C(mütləqdir), Excel, Elektron Hökümət Portalı)
  • Vergi, əmək qanunvericilikləri üzrə bilikləri olmalı;
  • Analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə bilikləri olmalı;
  • Balansın çıxarılması üzrə bilikləri olmalı;  
  • Yaş həddi: 28-45;  
  • Dil bilikləri: Azərbaycan-dili (rus-dili, ingilis-dili arzu olunandır)

Digər Məlumatlar:

  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
  • Ünvan: Binəqədi yolu 100
  • Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Baş Mühasibin müavini ”yazaraq göndərmələri xahiş olunur.