Qiymət nəzarətçisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Qiymət məlumat bazasının hazırlanması və satış qiymətlərinin formalaşması prosesində aktiv iştirak;
  • Məhsullar üzrə (reseptura əsasında) norma maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
  • Məhsulların norma və faktiki maya dəyəri üzrə hesabatların tərtib və təqdim olunması;
  • İtkilərin araşdırılması və itkilərin minimuma endirilməsi üçün prosedurlara icra edilməsinə nəzarət;
  • Sənədlər üzrə xərclərin mühasibat uçotuna uyğun uçotunun aparılması;
  • Mühasibat uçotu standartlarına və otel daxili qaydalarına uyğun olaraq bütün şöbələrin xərclərinə nəzarət;
  • Anbar hərəkətlərinə nəzarət, anbardarın apardığı əməliyyatlara nəzarət və sistemə düzgün daxil edilməsinin təşkili;
  • Sayımların aparılması, faktiki və mühasibat uçotu qalıqlarının üzrləşdirilməsi və itkilərin araşdırılması, həmçinin itkilər üzrə müvafiq sənədlərin tərtibi və mühasibat uçotunda əks etdirilməsi;
  • Bütün mal-material hərəkətinin mühasibat uçotuna uyğun hesablarda əks etdirilməsi və qalıqlarla bağlı dövri hesabatların hazırlanması;
  • Təhlillərin aparılması və nəticələrin rəhbərliyə təqdim edilməsi, mümkün xərc azalmaları ilə bağlı təkliflərin hazırlanması.

Tələb olunan təcrübə, bacarıqlar və səriştələr: 

  • Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil;
  • Qiymət nəzarətçi kimi otelçilik sahəsində ən azı 2 il təcrübəsi;
  • Azərbaycan dilində səlis bilmək, rus və ingilis dillərin biliyi isə üstünlük sayılır;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;
  • 1C, Günəş və ya digər uçotu proqramında sərbəst işləmə bacarığı;
  • Diqqətli, şəffaf, işində dəqiq və dürüst olmaq.

İş şəraiti:

  • İş rejimi: 6 günlük iş həftəsi;
  • İş yeri – İsmayıllı, Basqal qəsəbəsi;
  • İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
  • Nahar yeməyi şirkət tərəfindən qarşılanır;
  • Mobil telefon danışıqları şirkət tərəfindən qarşılanır;

Müraciət etmə qaydası:

Maraqlanan namizədlər mövzu yerində “Qiymət nəzarətçisi” yazmaqla öz CV-lərini e-mail ünvanına göndərə bilərlər. 

Yalnız tələb edilən təcrübə, bacarıqlar və səriştələrə cavab verən namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Email: [email protected]

Basqal Resort & Spa tərəfindən digər vakansiyalar