Büdcələmə və hesabat üzrə mütəxəssis

İşin təsviri

PAŞA Property Management “Büdcələmə və hesabat üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.

Təsvir

  • Dəqiq hesabat və məlumat hazırlamaq;
  • Büdcə və yenidən proqnozlaşdırma;
  • Büdcə tərtib etmək üçün şöbələrdən məlumatları toplamaq;
  • İdarəetmə və MHBS Hesabatları;
  • Xarici və daxili auditorlarla işləmək.

Tələblər

  • Mühasibat, iqtisadiyyat və ya maliyyə sahəsində bakalavr və ya magistr dərəcəsi;
  • Yüksək maliyyə hesabatı/mühasibatlıq üzrə minimum 2 il iş təcrübəsi;
  • ACCA F3 sertifikatı (F7 arzu olunandır);
  • Korporativ büdcələr yaratmaq və idarə etmək bacarığı;
  • MS Office (Excel yüksək səviyyədə) proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dilində səlis, İngilis dili biliyi (yaxşı səviyyədə);
  • Güclü analitik bacarıqlar; problemləri müstəqil həll etmək bacarığı ilə yanaşı tənqidi düşünmə bacarığı;
  • Təzyiq altında və qısa dedlaynlar şəraitində işləmək bacarığı.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.