Xarici satınalmalar üzrə aparıcı mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Yaradılmış sifariş formalarının analiz edilməsi;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
  • Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

Tələblər:

  • Ali təhsil;
  • Təchizat sahəsində (tikinti sahəsi üzrə) 3-5 il iş təcrübəsi;
  • Incoterms haqqında biliklər;
  • Səlis rus və ingilis dili;
  • Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Xarici satınalmalar üzrə aparıcı mütəxəssis” yazmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.