Strateji planlaşdırma, təhlil və avtomatlaşdırma şöbəsinin assistenti

  • Qala Sigorta
  • Elanın qoyulma tarixi: 02.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin illik büdcəsinin planlaşdırılması çərçivəsində tapşırıqların yerinə yetirilməsi;
  • Satış nöqtələrinin analizi, satış kanallarının, nümayəndəlik və filialların fəaliyyətinin effektivliyinin ölçülməsi, satıcıların performansının dəyərləndirilməsində verilən tapşırıqların yerinə yetirilməsi;
  • Sığorta bazarına dair statistik məlumatların analizi;
  • Şirkətin fəaliyyətinin təhlil olunması, maliyyə göstəricilərinin ötən dövrlə və büdcə planı ilə müqayisə olunması, maliyyə göstəricilərinin yaxşılaşdırılması, o cümlədən məcmu kapitalın və şirkətin aktivlərinin likvidliyinin təmin olunması ilə bağlı təkliflərin verilməsi,
  • Şirkətin bütün strukturlarında iş proseslərinin proqramlaşdırmasında və yeni proqram təminatının inteqrasiyasında, elektron informasiya sisteminin sifarişi, yenilənməsi üçün texniki şərtlərin yazılmasında və bu istiqamətdə işin aparılmasında iştirak;
  • Avtomatlaşma ilə bağlı yeni ideyaların təklif olunması, proseslərin optimallaşdırılması, işin sürətlənməsi, prosedurların icra olunması zamanı təhlükəsizliyin təmin olunması ilə bağlı risklərin müəyyən olunması, onların aradan qaldırılması üçün tədbirlərin görülməsi və təxirəsalınmadan birbaşa rəhbərlə  müzakirə olunması;
  • Sığorta nəzarəti orqanı, digər əlaqəli qurumlarla əməkdaşlıq çərçivəsində şirkətin maraqlarının təmsil edilməsi;
  • Büdcənin səmərəli istifadə olunması ilə bağlı iş aparılması;
  • Vəzifə səlahiyyətləri çərçivəsində Şirkətin İdarə Heyətinin qərarlarının və birbaşa rəhbərin tapşırıqlarının icrası.

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Ali təhsil - Maliyyə/ İqtisadi/ Riyazi;
  • Yaş həddi 25-30 
  • İş təcrübəsi tələb olunmur;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dili - səlis, Rus və İngilis dilləri - yaxşı səviyyədə;
  • Riyazi biliklərin olması, analiz etmə, risklərin qiymətləndirilməsi, alqoritmlər qurma səriştəsi, iqtisadi biliklərin, sığorta qanunvericiliyi üzrə biliklərin olması;
  • Aktuari kurslarında iştirak etmiş namizədlərə üstünlük verilir.

Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 30 iyun 2022-ci il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “SPTAŞ-Assistent” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.  

Email: [email protected]

İşəgötürənin reytinqi