İşin təsviri
İş yeri: Şimal regionu.
Öhdəlikləri:
- Bağların salınması və becərilməsi üçün texnoloji prosesləri müəyyənləşdirmək:
- Meliorativ tədbirlərini həyata keçirilməsi üçün planlar hazırlamaq;
- Torpağın tərkibini və vəziyyətini nəzərə alaraq müxtəlif torpaq sahələrində məhsul becərmə üsullarını müəyyənləşdirmək;
- Gübrələri və becərmə üçün tələb olunan digər materialları müəyyənləşdirmək və təklif etmək;
- Becərmə və yığım müddətlərinin vaxtlarının qrafikini tərtib etmək;
- Gübrələmə prosesini müəyyən etmək;
- Torpağın düzgün istismarı və qorunması üçün üsullar hazırlamaq;
- Məhsul istehsalını artırmaq üçün qabaqcil texnologiyalardan istifadə etmək;
- Müvafiq kimyəvi maddələrin və gübrələrin düzgün istifadəsini həyata keçirmək;
- Mütəmadi olaraq bağları monitorinq etmək;
- Xəstəlik, alaq otları və zərərvericilərə qarşı mübarizə tədbirləri aparmaq:
- Alaq otlarıyla, zərərvericilərlə, xəstələnmə və zəhərlənmə səviyyəsindən asılı olaraq optimal mübarizə tədbirləri seçmək və tətbiq etmək;
- Uçot və hesabat:
- İstehsal nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq;
- Operativ sənədləri fayllaşdırmaq
Vəzifəyə olan tələblər:
- Botanika, biologiya və kimya sahəsində biliklər;
- Yerli kənd təsərrüfatının səciyyəvi xüsusiyyətləri;
- Toxum, bitki və torpaq xüsusiyyətləri haqqında biliklər;
- Zərərvericilərə, xəstəliklərə və alaq otlarına qarşı istifadə edilən kimyəvi və bioloji mübarizə vasitələrə dair biliklər;
- Əkin, becərmə və yığım üzrə texnika və avadanlıqlar üzrə məlumat;
- Xammal və enerji sərfiyyatına qənaətedici texnologiyalar üzrə biliklər;
- Araşdırma və təcrübələrin aparılması üçün İT üzrə biliklər;
- Peşə sağlamlığı və təhlükəsizliyi, texniki təhlükəsizlik qaydaları və normaları.
- İstehsalın planlaşdırılması, xammal və ehtiyatların seçilməsi;
- Sahələrin gübrələnməsi və zərərli organizmlərə qarşı mübarizə bacarıqları;
- Bütün vəzifə və tapşırıqların peşəkarlıqla həyata keçirilməsi;
- Nəzarət və qiymətləndirmək;
- Qərar qəbuletmə bacarıqları;
- Komandada və fərdi işləmək bacarığı;
- Yazılı və şifahi ünsiyyət bacarığı;
- Analiz və sintez etmək bacarığı;
- Monitorinq etmək;
- Problemləri həll etmə bacarığı;
- Vaxtın idarə edilməsi.
- Bütövlük;
- Əməkdaşlıq.
Maraqlanan namizədlər elektron məktubun “Mövzu” hissəsində “Aqronom” vəzifəsi qeyd etməklə CV-ləri e-mail ünvanına göndərə bilərlər;
Email: [email protected]