İşin təsviri
İşin Təsviri:
- İstehsal edilən məhsula müvafiq olaraq texnoloji proseslərə, parametrlərə və məhsulun tərkibinə nəzarətin həyata keçirilməsi.
Vəzifə öhdəlikləri:
- İstehsalatda hazırlanan məmulatların qida standartlarına və reseptlərə uyğun hazırlanmasına nəzarət etmək;
- Gigiyena qaydalarına əməl etmək, qida analizlərinin mütəmadi aparılmasını təşkil etmək;
- Yeni növ məhsulların yaradılmasında və istehsala tətbiqində iştirak etmək;
- İstehsal zamanı ortaya çıxan problemləri həll etmək, fəaliyyətlərin fasiləsiz davam etməsini təmin etmək;
- Məhsulun keyfiyyətinə aid sənədlərin standarta uyğun şəkildə hazırlanması;
- Məhsul hazırlanmadan öncə və sonra keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu yoxlamaq;
- Hazır məhsul göstəricilərinin standartlara uyğunluğunun yoxlanılması;
- Yeni növ məhsulların araşdırmasında və hazırlanmasında iştirak etmək;
- Alınan nəticələri sənədləşdirib tərtib etmək;
- İş prosesi zamanı yarana biləcək problemləri tez bir zamanda aradan qaldırmaq;
Tələblər:
- HACCP, İSO2200, BRC qıda təhlükəsizliyi ilə bağlı sistemlərindən anlayış.
- İş təcrübəsi: 3-5 il
- Təhsil: Müvafiq sahə üzrə ali təhsil
- Yaş həddi: 30-50 yaş
İş şərtlərimiz:
- İş yeri: Nəsimi rayonu, Akademik Feyzulla Qasımzadə küç.,məhəllə 964
- İş qrafiki: 6 günlük iş rejimi
- Nahar ilə təmin edilmə
- Korporativ nömrə.
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
- İş qrafiki: 09:00-18:00 6-ci gün saat 9:00 - 14:00
- Nahar şirkət tərəfindən qarşılanır
Göstərilən tələblərə cavab verən şəxslərin Texnoloq-Şirniyyat sahəsində başlığı qeyd edərək CV-lərini Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərmələri xahiş olunur.