Aparıcı Hüquqşünas

İşin təsviri

Bizim üçün uyğun namizəd:

  • Ali hüquq təhsili olmalı;
  • Korporativ hüquq sahəsi üzrə minimum 2 (iki) il iş təcrübəsinə malik olmalı;
  • Öz sahəsi üzrə normativ-hüquqi aktları və onların tətbiqi qaydalarını bilməli;
  • Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
  • Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yüksək səviyyədə bilməli;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Hansı işləri görəcəksiniz:

  • Cəmiyyətdaxili əmr, təlimat, prosedur və proseslərin tərtibatı və razılaşdırılması və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təklif verilməsi;
  • Dövlət orqanlarının müraciətlərinə cavab vermək və ya aidiyyəti üzrə digər struktur bölmələrə yönləndirmək, dövlət orqanlarında Cəmiyyəti təmsil etmək;
  • Sənaye parkında Cəmiyyətin təmsil edilməsi, müvafiq sənədlərin hazırlanması, sorğuların cavablandırılması;
  • Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
  • Hüquqi ekspertiza üçün daxil olan Cəmiyyətdaxili normativ sənədlərin və müqavilələrin layihələrinə rəy vermək;
  • Cəmiyyətin və onun törəmələrinin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
  • Cəmiyyətin törəmələrinin istehsal etdiyi əmtəələrə lisenziya və sertifikatların əldə edilməsi üçün hüquqi dəstək göstərmək;
  • Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı Hüquqşünas” yazaraq 25.06.2022-ci il tarixinədək göndərilməsi xahiş olunur.

Email: [email protected]