Satınalmalar üzrə mütəxəssis

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 22.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəliklər:

  • Şirkətin satınalma fəaliyyətinin qanunvericilik tələblərinə uyğun olmasına, Şirkətin Satınalma Siyasətinin prinsiplərinə və tələblərinə riayət edərək, satınalmaları həyata keçirilməsinə görə məsuliyyət daşımaq
  • Satınalma prosesində müqavilələr ilə bağlı işlərin aparılması
  • Diqər departament tərəfindən daxil olan  sifarişlərin  həyata keçirilməsi
  • Elektron tələbnamələrin yazılması
  • Sifariş verilən məhsulların daxil olduqda yoxlanılması, qəbul edilməsi
  • Sifariş verilən məhsulların daxil olma tarixində anbara daxil edilməsinin təmin edilməsi
  • Sifariş verilən məhsulların sifarişçi əməkdaşlara təhvil verilməsi və verilməsi haqqında qeydlərin aparılması
  • Təchizatçılar tərəfindən müqavilələrin vaxtında təqdim edilməsinə nəzarət, müqavilələrin yoxlanışının həyata keçirilməsi, daxili təsdiqə təqdim edilməsi və təsdiqlənən müqavilələri imza üçün təqdim edilməsi
  • Təchizatçılar tərəfindən hesabların vaxtında təqdim edilməsinə nəzarət, hesabların yoxlanışının həyata keçirilməsi və təqdim olunan hesabların vaxtında ödənişə verilməsi
  • Xərclərin təhlili, əlverişsiz vəziyyətlərin müəyyən edilməsi; xərclərin azaldılması üçün təkliflərin verilməsi
  • Öz fəaliyyətini qiymətləndirilməsi üçün illik əsas fəaliyyət göstəricilərin tərtib edilməsi və rəhbərə təqdim edilməsi
  • Təyin edilən öz illik ƏFG-lərin icra edilməsi, icra üzrə təsdiqlədici materialların toplanması və toplanan materiallar əsasında müvafiq formaların doldurub rəhbərə təqdim edilməsi
  • Mövcud proseslərin təkmilləşdirilməsi üçün təşəbbüsün göstərilməsi
  • Birbaşa rəhbər və departamentin rəhbəri tərəfindən yönələn tapşırıqların həyata keçirilməsi

Biliklər:

  • Ali təhsil;
  • Kompüter bilikləri: MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl biliyin olması;
  • Dil bilikləri: Azərbaycan, rus dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı; (ingilis dili arzuolunandır);
  • Tenderlərin aparılması üzrə təcrübə
  • Marketinq, İnsan resursları, İnformasiya texnologiyaları üzrə məhsul və xidmətlərin  satınalmasında təcrübə
  • Keyfiyyət İdarəetmə Sistemin İSO 9001standartın tələbləri üzrə  biliklər
  • Satınalma üzrə beynəlxalq sertifikatlar arzuolunandır

Təcrübə:

  • Texniki və inzibati funksiyaların icrasında 5 il iş təcrübəsi,

Bacarıqlar:

  • Planlama bacarığı
  • Analiz bacarığı
  • Ünsiyyət qurma bacarığı;
  • Təhlil aparmaq bacarığı;
  • Təşəbbüskarlıq.
  • Danışıqları aparmaq bacarığı;
  • İcra etmə bacarığı;
  • Komandada işləmək bacarığı.

Son müraciət tarixi: 06/06/2022.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin. 

Email: [email protected]

İşəgötürənin reytinqi