İnsan resursları üzrə mütəxəssis

  • Dərs Evi
  • Elanın qoyulma tarixi: 19.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblərimiz: 

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
  • MS Office (MS Excel, MS Word, MS Outlook) və 1C proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst istifadə qabiliyyəti;
  • Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları. Rus dili biliyi olan namizədlərə üstünlük veriləcək;
  • Aydın və səlis nitq;
  • Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti;
  • İş prosesində yarana biləcək mürəkkəb situasiyaları müstəqil şəkildə analiz və həll edə bilmə bacarığı;
  • Səbrli, diqqətli, dəqiq və məsuliyyətli;

Əsas öhdəliklər:

  • İşçilərin davamiyyət hesabatlarının hazırlanması;
  • İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, intizam tənbehləri və digər bütün əməliyyatların qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
  • Məzuniyyət cədvəlinin daimi nəzarətdə saxlanılması və işçilərin məzuniyyətlərindən istifadə etməsinin təmin edilməsi;
  • İşə qəbul prosesinin aparılması (vakansiya elanının yerləşdirilməsi, daxil olan rezümelərin analizi və seçimi, müsahibələrin keçirilməsi);
  • Elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi;
  • Əmək haqqı kartlarının sifariş olunması;
  • Əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
  • Şəxsi işlərin qaydasında olmasının və lazımı sənədlərin müntəzəm yenilənməsinin təmin edilməsi;
  • Kadr kargüzarlığına dair digər sənədləşmə proseslərinin aparılması;
  • Şirkət daxilində ümumi informasiya xarakterli məktubların tərtib edilməsi və göndərilməsi;
  • Sınaq və müqavilə müddətlərinin bitmə tarixlərinin qeydə alınması və müvafiq şəxslərə öncədən məlumatın verilməsi;
  • Hər təqvim ayının sonunda əmək haqqı hesablamasının aparılması üçün müvafiq məlumatların 1C proqramına daxil edilməsi;
  • İnsan Resurslarının idarə edilməsi və digər icra edilən işlər ilə əlaqədar rəhbərliyə hesabatların verilməsi;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

İş şəraiti:

  • İş saatları (həftədə 40 saat): Bazar Ertəsi – Cümə günü, saat 09:00-18:00
  • AR Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmləşdirilmə
  • İl ərzində 30 gün ödənişli məzuniyyət hüququ
  • Korporativ mobil nömrə

Necə müraciət etməli:

Xahiş olunur rezümenizi məktubun mövzu sətrində “İnsan resursları üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərəsiniz.  

EMAİL: [email protected]

İşəgötürənin reytinqi