Əməliyyat bölməsinin rəhbəri

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 28.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Məhsul komandalarında çalışan Biznes analitiklərin fərdi və peşəkar inkişafı, texniki bacarıqlarının ölçülməsi və artırılmasına nəzarət, komanda üzvlərinin fəaliyyətinin izlənməsi və effektivliyinin artırlması ilə bağlı plan və proqramları tətbiq etmək;
  • Biznes proseslərin optimallaşdırılması yönündə komandalarda tətbiq ediləcək qaydaların, proseslərin və standartların müəyyənləşdirilməsi, razılaşdırılması və tətbiqini təmin etmək;
  • Məhsul komandalarında çalışan Biznes analitiklərin fəaliyyətinin uzlaşdırılması, asılılıqların aradan qaldırılması, yeri gəldikdə komandalar arasında Biznes analitiklərinin yerdəyişməsini təmin etmək;
  • Biznes analitiklərin yeni bilikləri əldə etməyə və daim yenilikləri araşdırmağa sövq etmək, innovativ həllərin, yetkin təcrübələrin tətbiqini təşviq etmək;
  • Sahənin (Tribe) vizyonu, məqsədi və hədəflərini dəqiq bilmək, öz fəaliyyətini ona əsasən qurmaq və Biznes analitiklərin hər birini bu hədəflərə çatmaq yönündə təşviq etmək;
  • Biznes analitiklərin çalışdığı komandanın üzvlərindən onların fəaliyyəti və davranışı barədə daim rəy almaq, bu rəylər əsasında bölmənin əməkdaşlarının effektivliyini artırmaq;
  • Biznes analitiklərlə mütəmadi görüşlər keçirmək, bu görüşlərin məzmunu, davamlılığı və effektivliyinə ciddi nəzarət etmək, nəticələri birbaşa rəhbəri və əlaqəli həmkarlarla paylaşmaq;
  • Bölmənin məsul olduğu proseslərin optimallaşdırılması üzrə mövcud sənəd və prosedurlara operativ şəkildə dəyişikliklər edilməsinə nəzarət etmək, həmin sənəd və prosedurların aktuallığını nəzarətdə saxlamaq, bununla əlaqəli şöbələrlə işini koordinasiya etmək;
  • Bölmənin məsul olduğu proseslərin optimallaşdırılması üzrə mövcud və yarana biləcək risklərin qeydiyyatı, öngörülməsi və aradan qaldırılmasını nəzarətdə saxlamaq, bununla əlaqəli şöbələrlə işini koordinasiya etmək;
  • Birbaşa rəhbəri ilə davamlı görüşlər keçirmək, ona bölmənin gördüyü işlər, asılılıqlar və problemlər, yeniliklər və gələcək planlar barədə məlumatlandırmaq;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Biznes proseslərin, layihələrin idarə edilməsi, maliyyə və ya sığorta sektorunda keyfiyyətə nəzarət, IT analitika sahələrindən biri üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Ali təhsil.
  • Dil bilikləri: Azərbaycan dili: əla , İngilis dili: əla , Rus dili: orta.
  • Üstünlüklər: Agile metodologiyanı bilməsi və təcrübəsi; Həyat sığortası sektorunu və məhsulları bilməsi; Danışıqlar prosesini effektiv idarə etmək bacarığı; Dizayn-düşüncə və proseslərin modelləşdirilməsi biliyi və bacarığı; Xərc-gəlir təhlili, layihələrin gəlirliyinin ölçülməsi bacarığı; Sektora aid tənzimləyici qanunları, konseptləri, prosedurları, hüquqi riskləri və yenilikləri anlamaq və izləmək bacarığı.
  • Kompüter bilikləri: MS Office: əla.
  • Fərdi keyfiyyət tələbləri: Mentorluq və kouçluq, müştəriyönümlü, nəticəyönümlü, inam yaratma, komanda işi, geniş perspektiv, innovasiyalara açıq, öyrənməyə meylli

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

https://pasha-life.az/about/#career

İşəgötürənin reytinqi