İnsan Resursları üzrə mütəxəssis

  • Resant Group
  • Elanın qoyulma tarixi: 04.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
  • İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
  • Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
  • E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
  • Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;
  • Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
  • Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi);
  • Müsahibələrin keçirilməsi (telefon, panel, qrup və case intervyular);
  • Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək.

Namizədə bağlı tələblər:

  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
  • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
  • İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
  • Azərbaycan və  Rus əla səviyyədə bilməli;
  • MS Office proqramlarını, xüsusilə 1C proqramını əla səviyyədə bilməli;
  • İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;

İş Şəraiti:

  • İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək;
  • Əmək haqqı min 800 AZN

Maraqlanan namizədlər mövzu yerində “ İnsan Resursları üzrə mütəxəssis” yazmaqla öz CV-lərini [email protected]  göndərə bilərlər.

İşəgötürənin reytinqi