İşə qəbul üzrə mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

  • Şöbələr ilə danışıqlar apararaq işə qəbul ehtiyaclarını müəyyənləşdirmək;
  • İş xüsusiyyətləri, vəzifə təlimatı əsasında vəzifə tələblərini müəyyənləşdirmək;
  • Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək,
  • Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və araşdırılması;
  • Müsahibələrin keçirilməsi;
  • Təsdiqlənmiş namizədlərə iş təkliflərini hazırlamaq;
  • Namizədin iş yerinin təşkili, ilk iş günü qarşılanması, orientasiya təlimlərində iştirakı və adaptasiya prosesinə dəstəyin göstərilməsi;
  • Yeni əməkdaşın sınaq müddətinə nəzarət, sınaq müddəti rəylərinin toplanması, tərəflər ilə kommunikasiyanın aparılması;
  • İşə qəbul testlərinin həyata keçirilməsi;
  • İşə qəbul hesabatlarının hazırlanması;
  • İşə qəbul kanallarının idarə olunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
  • Çıxış müsahibələrinin aparılması;

Tələblər:

  • İşə qəbul üzrə 1-3 il iş təcrübəsi;
  • Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək üstünlükdür;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Operativ qərar vermə və analtik düşüncə;

Əlavə məlumat:

  • Əmək haqqı: Müsahibə əsasında 
  • İş qrafiki: Həftə içi 5 gün, şənbə və bazar istirahət günləri
  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr 20/61
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “İşə qəbul üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur

İşəgötürənin reytinqi

Gədəbəy Mineral Suları MMC tərəfindən digər vakansiyalar