Təchizat üzrə Aparıcı Mütəxəssis

  • GP Imishli Cotton
  • Elanın qoyulma tarixi: 20.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsil səviyyəsi: Ali təhsil (iqtisadi sahələr arzuolunandır)
  • İş təcrübəsi: Təchizat sahəsində ən azı 2 il
  • Dil bilikləri: Azərbaycan (əla), ingilis (yaxşı), rus (orta)
  • Kompüter bilikləri:  MS Office programları üzrə biliklər
  • Ezamiyyət: 100% ezamiyyət tələbi 

Vəzifədən gözləntilər:

  • Strukturlardan daxil olan sifarişlər əsasında təchizat prosesinin şirkət prosedurlarına uyğun olaraq aparılmasının təşkili və izlənilməsi
  • Alış tələbnamələrinin düzgünlüyünün yoxlanılması və təsdiqi
  • Alış tələbnaməsi, təklif qiymətləndirilməsi, alış sifarişi, müqavilə və digər təchizat sənədlərinin reyestrinin aparılması
  • Yerli və xarici təchizatçılardan alınmış təkliflər əsasında hazırlanmış müqayisə cədvəllərinin/təkliflərin qiymətləndirilməsi və təqdim edilməsi
  • Alış müqavilələrinin və sifariş tapşırıqlarının yoxlanılması
  • Daşıma və gömrük prosesinə nəzarət edilməsi
  • Tender və strateji alışların aparılmasının şirkət proseduruna uyğun olaraq həyata keçirilməsi
  • Keyfiyyəti saxlamaqla mütəmadi daha münasib təkliflərin verilməsi və alternativ mal-məhsulları təqdim edilməsi
  • Hesabatların hazırlanması və təqdim edilməsi

Vəzifə üzrə səriştələr:

  • Planlama və Təşkilatçılıq
  • Bazar, rəqabət, fürsət və təhlükələri görmə
  • Qiymətləndirmə bacarığı
  • Təşkilatçılıq və koordinasiya etmə
  • Araşdırma bacarığı
  • Tədarükçülərlə iş bacarığı

İş Şərtləri:

  • Əmək haqqı: Razılaşmaya uyğun olaraq
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Servis: Var
  • Yemək: Var

Maraqlananlar e-maildə “Təchizat Aparıcı Mütəxəssis” yazaraq CV-lərini [email protected] göndərməyiniz xahiş olunur.