Çilingər-mexanik

  • GP Imishli Cotton
  • Elanın qoyulma tarixi: 05.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair əsas tələblər:

  • Orta texniki (Çilingər və ya mexanika üzrə Kollec/Texniki peşə məktəbi)
  • Kənd Təsərrüfatı texnikaları üzrə 2 il iş təcrübəsi; 
  • Komandada işləmək bacarığı;
  • Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını və təmir metodlarını bilmək;
  • Kənd Təsərrüfatı texnikaları üzrə nəzəri və praktiki biliklər;
  • Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini təmin edilməsi;
  • Azərbaycan (yaxşı) 

Əsas vəzifə və öhdəliklər:

  • Təmir olunan avadanlığın, aqreqatların və dəzgahların quruluşunu təmin etmək
  • Təmir zamanı kiçik qaynaq işlərindən istifadə etmək;
  • Avadanlıqlardan istifadə zamanı yaranan nasazlıqları aradan qaldırmaq. 
  • Onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin olunmasına nəzarət etmək;
  • Maşınların tənzimlənməsi qaydalarını avadanlıqların, aqreqatların və maşınların təmiri, yığılması və sınaqdan keçirilməsi prosesində yaranan qüsurların aradan qaldırılmasını həyata keçirmək;
  • Kənd Təsərrüfatı üzrə texnikaların mexaniki təmirini həyata keçirmək;
  • Mürəkkəb detalların, mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsi;
  • Avadanlığın istismarı və təmir prosesində yoxlanılması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması;
  • Dəqiqlik və səmərəliliyin yoxlanılması, təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və təhvil verilməsi;
  • Təmir edilən avadanlığın konstruktiv xüsusiyyətlərini, mexanizmini və kinematik sxemlərini, təmir, quraşdırma və montaj metodlarını, təmir edilmiş avadanlığın dəqiqliyi və təcrübədən keçməsinin yoxlanmasını;
  • Detal və hisssələrin bərpa üsullarını, avadanlığın işləyən hissələri, detalları üçün yol verilən yükləri, sınma və qəzaların qarşısının alınması üzrə profilaktik tədbirləri, xüsusi mürəkkəb, iri qabaritli, unikal və ən dəqiq avadanlığın təmiri, təcrübədən keçməsi və təhvil verilməsinin texniki şərtlərini;
  • Avadanlıqların, aqreqatların və maşınların təmirini həyata keçirmək;
  • Avadanlıqların, aqreqatların, maşınların, pivot qurğularının və su nasoslarının təmirini ƏM və TT qaydalarına riayət etməklə təmir etmək və xarab olan detalları işlək detallarla dəyişdirilərək əvəz etmək;
  • Qaldırıcı qurğu vasitəsilə aqreqatların detallarının sökülüb qaldırılması və yenisi ilə yerinə yerləşdirilməsini həyata keçirmək;

İş şəraiti:

  • Həftə ərzində 6 günlük iş qrafiki, İş yeri: Samux rayonu, Samux Təsərrüfatı
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: 600-800
  • Cinsi – Kişi
  • Yaş həddi : 22-55
  • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Çilingər-mexanik  sözlərini qeyd edərək e-ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar

Email: [email protected]