Təsərrüfat Sahə meneceri

  • GP Imishli Cotton
  • Elanın qoyulma tarixi: 26.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair əsas tələblər:

  • Ali təhsil (Aqronom, Menecment, İqtisadiyyat, Biznesin təşkili və idarəolunması)
  •  Kənd Təsərrüfatı üzrə  5 il iş təcrübəsi; (Kənd Təsərrütı sahəsində iş təcrübəsi arzu ediləndir)
  • Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
  • Hesabat vermə bacarığı;
  • Komandada işləmək və komandanı idarə etmək bacarığı;
  • Yüksək ünsiyyət,idarə etmə və davranış keyfiyyətlərinə malik olmaq;
  • Stressə davamlı, dürüst və analitik düşünmə, hesabat vermə bacarığı olmalıdır.
  • Kənd Təsərrüfatı sahəsində nəzəri və praktiki biliklər;
  • Azərbaycan (əla) ingilis (yaxşı), rus (yaxşı);
  • Aqronomik anlayış

Əsas vəzifə və öhdəliklər:

  • Təsərrüfata məxsus torpaqlardan, texnikadan, üzvi və mineral gübrələrdən bitki-mühafizə vasitələrindən, əmək və maliyyə resurslarından səmərəli istifadənin təşkili
  • Əkin planı və strategiyasının hazırlanması
  • Səpin və toxum planlarının hazırlanmasına nəzarət
  • Dərmanlama və gübrələmə proqramlarının hazırlanması
  • Kənd təsərrüfatı işlərinin optimal müddətdə və lazımi aqrotexniki səviyyədə   aparılmasına nəzarətin təmin edilməsi
  • Bitkiçilik fəaliyyətlərin nəticələrinə dair hesabatların hazırlanması
  • Müasir suvarma sistemlərindən anlayış
  • Planlama, əməliyyat və idarəetmə istiqamətində bacarıq
  • Səbrli, təmkinli və şəxsi maraqlar çərçivəsindən deyil şirkət maraqları çərçivəsində qərar qəbul etmə
  • Tələb olunan hesabatların vaxtında və düzgün verilməsi
  • Gündəlik departamentlər üzrə iş bölgüsünün düzgün aparılması
  • Büdcə planlaması, hədəflər, strategiya və digər istiqamətli qəbul edilmiş qərarların düzgün icrası
  • Aqronomik təlabata uyğun gündəlik, aylıq və ya mövsümi k/t texnikalarının performansına uyğun iş bölgüsünün olunması və nəzarəti

İş şəraiti:

  • Həftə ərzində 6 günlük iş qrafiki, İş yeri: Samux rayonu, Təsərrüfat
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: 1500-2200
  • Cinsi – Kişi
  • Yaş həddi : 30-45
  • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Təsərrüfat Sahə meneceri  sözlərini qeyd edərək e-ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Email: [email protected]