Satış üzrə fleet menecerin köməkçisi

  • Group Motors
  • Elanın qoyulma tarixi: 17.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliklər:

  • Müəssisənin gündəlik fəaliyyətinin effektiv, zamanında və düzgün qaydada olmasını təmin etmək üçün inzibati dəstək göstərmək;
  • Navision proqramında müştəri qeydiyyatını aparmaq;
  • Şöbə-daxili sənədlərin və faylların məxfiliyini qorumaq;
  • Qərarları qeydə almaq;
  • Siyasət və prosedur sənədlərinin hazırlanmasına kömək etmək;
  • Şöbə-daxili sənədlərin hazırlanmasına kömək etmək;
  • Şöbə-daxili sənədlərin, hesabatların işlənib hazırlanması, onların nüsxəsinin rəhbərlik və İdarə Heyətinə göndərilməsi, imzaladırılmasında köməklik göstərmək;
  • Görüşləri təşkil etmək;
  • Görüş üçün gündəlik və əlavə materiallar hazırlamaq;
  • Görüşlərlə əlaqədar əlavə sənədlər hazırlamaq;
  • Şöbə-daxili sorğulara cavab vermək;
  • Satış/Fleet şöbəsinin fəaliyyətində birbaşa iştirak etmək;
  • Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.

Namizədlərə tələblər:

  • Xanım namizədlər ;
  • Yaş: 18-35;
  • Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
  • Orta/Ali təhsil; 
  • Azərbaycan və rus dillərini bilməli, ingilis dilinin bilməsi üstünlükdür;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
  • Stres altında işləmə qabiliyyəti;
  • Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
  • Fəal və işə planlı yanaşma.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Satış üzrə fleet menecerin köməkçisi" qeyd etməklə [email protected]  elektron poçt ünvanına göndərsinlər