İşin təsviri
Peşəkar sürücülük bacarıqlarına malik, məsuliyyətli və etik davranışlara önəm verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Stabil iş mühiti və inkişaf imkanları sizi gözləyir!
Vəfizə öhdəlikləri:
- Şirkət rəhbərliyinin və əməkdaşların müxtəlif istiqamətlər üzrə vaxtında və təhlükəsiz şəkildə daşınmasını təmin etmək.
- Sənədlərin, bağlamaların və digər yüklərin dövlət orqanlarına, tərəfdaşlara və digər təyinat nöqtələrinə çatdırılması və gətirilməsi.
- Şirkətə gələn yerli və xarici qonaqların qarşılanması, təyinat nöqtələrinə çatdırılması və komfortlu şəkildə müşayiət olunmasının təmin edilməsi.
- İdarə etdiyi nəqliyyat vasitəsinin texniki sazlığını gündəlik yoxlamaq, nasazlıq və ya zəruri texniki xidmət barədə vaxtında məlumat vermək.
- Avtomobilin təmizliyinə və ümumi səliqəsinə daim nəzarət etmək.
- Yol hərəkəti qaydalarına tam şəkildə əməl etməklə, təhlükəsiz və məsuliyyətli şəkildə avtomobili idarə etmək.
- Gündəlik iş marşrutlarını planlaşdıraraq vaxtın və yanacağın səmərəli istifadəsini təmin etmək.
- Ezamiyyətlər zamanı verilmiş tapşırıqları məsuliyyətlə və tam şəkildə icra etmək
Tələblər:
- Şirkət Sürücüsü kimi ən azı 3 il iş təcrübəsi;
- Rus və İngilis dillərini yaxşı səviyyədə bilməsi (mütləqdir)
- Yaş 30-45
- Dəqiqlik və məsuliyyətli yanaşma
- Təhlükəsizlik qaydalarına riayət
İş qrafiki
- İş saatı 09:00-18:00
- Əmək haqqı: 900-1000 Azn
Vakansiya ilə maraqlanan namizədlər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Şirkət Sürücüsü" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.