İşin təsviri
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat üzrə)
- Tikinti sektorunda minimum 3 il mühasibatlıq təcrübəsi
- Tikinti smetası, BOQ, material uçotu və sahə üzrə xərclərin işlənməsi təcrübəsi
- Elektron qaimə-faktura, vergi portalı və 1C / Logo / SAP mühasibat proqramlarından biri ilə işləmə bacarığı
- Tikinti materiallarının (beton, armatur, blok, izolyasiya və s.) uçotu və maya dəyərinin hesablama prinsiplərini bilmək
- Podratçı və subpodratçıların aylıq aktlaşdırma sənədlərini (KС-2, KС-3 və s. ekvivalent) hazırlamaq bacarığı
- Detallara diqqətli olmaq, analitik düşünmək və hesabatları vaxtında təqdim etmək bacarığı
- Şirkətin daxili maliyyə qaydalarına ciddi əməl etmək
İş haqqında məlumat
- “Oksigen Park” MTK-nın Hökməli qəsəbəsi Aşağı Güzdək yolu ərazisində yerləşən 5 hektarlıq yaşayış kompleksi layihəsi üzrə mühasibat proseslərinin idarə edilməsi
- Tikinti materiallarının və görülən işlərin gündəlik uçotu
- Podratçı və subpodratçılarla hesablaşmaların aparılması
- Aylıq maliyyə hesabatlarının hazırlanması (material sərfi, xərc analizi, aktlaşdırma sənədləri)
- Tikinti xərclərinin büdcə ilə müqayisəsi və monitorinqi
- Elektron qaimə-fakturaların tərtibi və vergi əməliyyatlarının icrası
- Şirkət rəhbərliyi üçün maliyyə və xərclər üzrə mütəmadi hesabatların təqdim edilməsi
Maaş 2500-4000 azn
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.