İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Şirkətdə bütün maliyyə əməliyyatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə, Vergi Məcəlləsinə və mühasibat uçotu standartlarına uyğun şəkildə təşkili və aparılması;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Şirkətin büdcə və maliyyə planlamasının hazırlaması, icrasına nəzarət və təhlil edilməsi
- Əmək haqqının hesablanması, ödənişlərin həyata keçirilməsi və əlaqəli vergi hesabatlarının tərtib edilməsi;
- Statistika hesabatlarının verilməsi;
- Vergi orqanları və digər dövlət qurumları ilə yazışmaları aparmaq, yoxlamalarda iştirak etmək;
- Sənəd dövriyyəsinə və arxivləşdirməyə nəzarət etmək;
- Statistika hesabatlarının verilməsi;
- Vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, gəlir vergisi, vahid bəyənnamə və digər) e-hökumət portalları vasitəsilə vaxtında və düzgün hazırlanması və təqdim edilməsi;
- Bank əməliyyatlarının idarə olunması;
- Debitor və kreditor hesablarının düzgün uçotunun aparılması;
- Rəhbərliyə vaxtında və dəqiq hesabatların təqdim olunmasının təmin edilməsi;
- Rəhbərliyin tapşırıqlarına əsasən digər mühasibatlıqla bağlı işlərin yerinə yetirilməsi;
Digər Tələblər:
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsi.
- Mühasib vəzifəsi üzrə minimum 5 il iş təcrübəsi;
- Yerli vergi və mühasibat uçotu qanunvericiliyi barədə biliklər;
- MS Excel və digər MS Office proqramlarında işləmə bacarığı;
- Yüksək analitik düşüncə, strateji yanaşma və problem həll etmə bacarıqları;
- Fəaliyyət sahə üzrə komandalarla əməkdaşlıq üçün effektiv ünsiyyət və qarşılıqlı münasibət bacarıqları;
- Dəqiqlik, məsuliyyətlilik, vaxtında icra və hesabatlılıq bacarığı;
- Komanda ilə işləmə bacarığının olması;
- Azərbaycan, ingilis və rus dili bilikləri mütləqdir.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını "Baş Mühasib" qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olun