Hüquqşünas köməkçisi

  • LEGALIZE Law Firm
  • Elanın qoyulma tarixi: 02.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Legalize hüquq şirkəti yeni məzunlar üçün “Hüquqşünas köməkçisi” vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Hüquqi yeniliklərin təhlili və araşdırılması;
  • Müəssisənin rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq daxili normativ sənədlərin hazırlanması;
  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati, müqavilə hüququ bilməsi;
  • İddia ərizələrinin, vəsatətlərin, etirazların, məhkəmə aktlarından, şikayətlərin hazırlanması dəstək göstərilməsi;
  • Mövcud qanunvericiliyin tələblərinə uyğun müxtəlif növ müqavilələrin və digər hüquqi sənədlərin layihələrinin nəzərdən keçirilməsi və tərtib edilməsinə köməklik göstərilməsi;
  • Müvafiq dövlət orqanlarına məktubların və digər zəruri sənədlərin tərtib edilməsində, sənədlərin tərtib edilməsi;
  • Vəzifəsindən irəli gələn digər hüquqi tapşırıqların yerinə edilməsi;

Tələblər:

  • Hüquq üzrə ali təhsili (bakalavr dərəcəsi və ya magistratura 2-ci kurs); 
  • Hüquq bilməsi;
  • Kişi namizədlər üçün hərbi mükəlləfiyyətinin yeni yətirmiş azad olmağı
  • Ana dili səviyyəsində Azərbaycan dili, B2-C1 səviyyəsində İngilis dili (rus dil bilikləri arzu olunandır);
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə işləmək bacarığı;
  • Ünsiyyət bacarıqları;
  • Kollektivlə iş bacarığı
  • Məsuliyyətli, həvəsli, öyrənmək istəyi.

İş vaxtı: 5 (bəş) günlük.

İstirahət günü: şənbə, bazar.

İş yeri: Bakı şəhəri, xocalı prospekti 37, Dəmirçi Plaza. 

Əmək haqqı: müsahibə zamanı əlan ediləcəkdir.

Əlaqə: Müraciət üçün CV-nizi (mövzu hissəsində “Hüquqşünas köməkçisi” yazaraq) mail ünvanına göndərməyiniz xahiş olunur.

LEGALIZE Law Firm tərəfindən digər vakansiyalar