Mühasib

  • LEGALIZE Law Firm
  • Elanın qoyulma tarixi: 04.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatların aparılması;
  • Statistika hesabatlarının vaxtında təqdim olunması;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Aylıq, rüblük və illik  hesabatların hazırlanması və təqdim edilməsi (ƏDV, ÖMV, mənfəət və zərər hesabatları və s.)
  • Vergi orqanları ilə yazışmaların aparılması, E-qaimələrin vaxtında və düzgün təqdim olunması;
  • Mühasibat sənədlərinin tərtib edilməsi;
  • Əmək haqqı və məzuniyyət  haqlarının hesablanması və ödənilməsi;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasının təmin edilməsi;

Tələblər:

  • Maliyyə, mühasibatlıq və iqtisadiyyat sahəsində ali təhsil;
  • Mühasibatlıq sahəsində ən azı 2 illik iş təcrübəsi;
  • MS Office, BTP və 1C mühasibatlıq proqramından yüksək səviyyədə istifadə bacarıqları;
  • E-taxes.gov.az və digər portallardan istifadə etmək;
  • Mühasibatlıqla bağlı yerli qanunvericilik və Vergi Məcəlləsi üzrə biliklər;
  • İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
  • Əla səviyyədə Azərbaycan dili (rus və/və ya ingilis dil bilikləri arzu olunandır); 
  • Peşəkar mühasib sertifikatının və Beynəlxalq mühasibatlıq sertifikatlarının olması üstünlükdür;
  • İnternet bankingdən istifadə etmək;

İş şəraiti:

  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: Bilik və  təcrübə nəzərə alınmaqla müsahibə əsasında müəyyən olunacaqdır.

Əlaqə: Müraciət üçün CV-nizi (mövzu hissəsində “Mühasib” yazaraq) göndərməyiniz xahiş olunur.

Email: [email protected]

LEGALIZE Law Firm tərəfindən digər vakansiyalar