İşin təsviri
Təcrübə proqramının təsviri:
- Təcrübə proqramı 2 ay davam edəcək;
- Təcrübə proqramının 1-ci ayı: 3 – 4 həftə müddətində namizədə şirkət tərəfindən satış texnikası və həmçinin satış üzrə məsləhətçi vəzifəsinə uyğun digər biliklərin əldə edilməsi ilə bağlı təlimlər keçiriləcək;
- Təcrübə proqramının 2-ci ayı: Təlim keçən namizədlərə 3 - 4 həftə müddətində “Satış üzrə məsləhətçi” kimi sərbəst çalışma imkanı yaradılacaq (təcrübə);
- Təcrübə proqramının sonunda (2 aydan sonra) namizədlər son mərhələ olaraq şirkət tərəfindən verilən imtahandan keçməlidirlər. İmtahandan müvəfəqiyyətlə keçən namizədlər “Satış üzrə məsləhətçi” vəzifəsinə işə qəbul ediləcəklər;
- Təcrübə proqramı şirkət tərəfindən ödənişlidir.
Tələb olunan bacarıqlar və biliklər:
- Məhsulu müştəriyə təqdim etmə bacarığı;
- Satışın artırılması məqsədilə müştəriləri müvafiq məlumatlarla təmin etmə bacarığı: əyani nümayişlər, kataloqlar, reklam materialları və satışdan sonra xidmətlər;
- Satışı təşviq etmək üçün müştərilərlə telefon, poçt, internet və ya sərgilər vasitəsilə əlaqə saxlama bacarığı.
- Satış sahəsində 6 ay - 1 il iş təcrübəsi;
- Azərbaycan və Rus dillərini bilməli, İngilis dilinin bilməsi üstünlükdür;
- Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
- Fikrini izah etmə qabliyyəti və ünsiyyət yaratmaq bacarığı yüksək səviyyədə olmalıdır;
- Stres altında işləmə qabiliyyəti və eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti yüksək səviyyədə olmalıdır;
- Fəal və işə planlı yanaşma.
Xahiş edirik, Təcrübə proqramı ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə «Təcrübə proqramı - “Satış üzrə məsləhətçi"» qeyd etməklə elektron poçt ünvanına göndərsinlər. Yalnız «Təcrübə proqramı - “Satış üzrə məsləhətçi"» qeydi ilə göndərilən cv-lərə baxılacaq.