Çağrı mərkəzi operatoru

İşin təsviri

Əmək funksiyası: 

  • Telefon vasitəsi ilə daxil olan zəngləri cavablandırmaq;
  • Müştərinin ehtiyacını qarşılamaq üçün ətraflı cavab vermək və səlahiyyəti çərçivəsində müştərinin problemini həll etmək;
  • Düzgün məlumat axtarışı və əməliyyat müddətini müəssisənin müəyyən etdiyi vaxt çərçivəsində yerinə yetirmək;
  • Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
  • Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
  • Çağrı mərkəzi tərəfindən həlli mümkün olmayan zəngləri aidiyyəti şöbələrə və ya şəxslərə yönləndirmək; 
  • Peşəkar fəaliyyətlə əlaqəli olan uyğun sənədləri hazırlamaq, yoxlamaq və tətbiq etmək;

Bacarıqlar:

  • Səlis və aydın danışıq qabiliyyəti, yaxşı diksiya;
  • Təzyiq altında işləmə, yüksək ünsiyyətqurma və dinləmə bacarığı;
  • Fərdi və komanda tərkibində işləmə bacarığı;

Dil bilikləri:

  • Yüksək səviyyədə Azərbaycan, Rus, İngilis dili biliyi

İş təcrübəsi:

  • Müvafiq sahədə iş təcrübəsinə malik olan namizədlərə üstünlük verilir

Necə müraciət etməli:

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Çağrı mərkəzi operatoru” göstərilməsi xahiş edilir, əks halda müraciətlərinizə baxılmayacaq.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşəgötürənin reytinqi