Maliyyə analitiki/Mühasib

İşin təsviri

Əmək funksiyası:

  • Maliyyə məlumatlarını təmin etmək və onları təhlil etmək;
  • İllik monitorinqin həyata keçirilməsini təmin etmək məqsədi ilə auditorlarla birgə işləmək;
  • Müəyyən olunmuş müddət ərzində dəqiq və düzgün maliyyə hesabatlarını hazırlamaq;
  • Mühasibat uçotunun idarə edilməsinin əksər aspektlərini (hesablaşma, hesabatlıq və sair) dəstəkləmək;
  • Rəsmi qayda və tələblərə uyğun olaraq maliyyə hesabatlarını hazırlamaq;
  • Bütün jurnal qeydlərini hazırlamaq və idarə etmək;
  • Əsas kitab hesablarını hazırlamaq/nəzarət etmək; hər ay bank üzləşdirmələrini göndərmək;
  • Büdcələrin və ya proqnozların hazırlanmasında köməklik göstərmək;
  • İllik auditə hazırlanmasında iştirak etmək;
  • Rəhbərlik və ya dövlət orqanları üçün hesabatların hazırlanmasına köməklik göstərmək;
  • Səhvlərin və ya kənarlaşmaların müəyyən edilməsi və həll edilməsi üçün şirkətin mühasibat məlumatlarını nəzərdən keçirmək;
  • Əsas vəsaitlərin alınması və silinməsi prosesini idarə etmək/dəstəkləmək;
  • Bütün mühasibatlıq əməliyyatlarını, o cümlədən hesablaşma, debitor və kreditor borclar, baş kitab, gəlir tanıma, maya dəyəri, ehtiyat və əsas vəsaitlərin uçotu üzrə əməliyyatları dəstəkləmək;
  • Uyğunluğu təmin etmək üçün texniki uçot məsələlərini araşdırmaq;
  • Ay və il bağlama prosesini idarə etmək;
  • Maliyyə transaksiyalarının və maliyyə hesabatlarının keyfiyyətinə nəzarəti təmin etmək;
  • Daxili nəzarəti təmin etmək və gücləndirmək üçün biznes proseslərini və mühasibat siyasətlərini hazırlamaq və sənədləşdirmək;
  • Hesabatları və təhlil nəticələri ilə bölüşmək üçün rəhbərlik və ya icraçı heyət ilə yaxından işləmək;
  • Biznes səmərəliliyini artırmaq və xərcləri azaltmaq; əməliyyat və kapital xərclərini optimallaşdırmaq; 

Bilik və bacarıqlar:

  • Təşkilati prosedurların bilməsi;
  • İşi planlaşdırmaq və təşkil etmək bacarığı; 
  • Güclü analitik və problemlərin həll edilməsi bacarıqları; 
  • MS Office proqramlarını yüksək səviyyədə bilməsi;  

Təhsil:

  • Maliyyə/mühasibatlıq və ya biznesin idarə edilməsi sahəsində ali təhsil;

İş təcrübəsi:

  • Müvafiq sahədə ən azı 3 il təcrübəsi;

Necə müraciət etməli:

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Maliyyə analitiki / Mühasib” göstərilməsi xahiş edilir, əks halda müraciətlərinizə baxılmayacaq.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Email: [email protected] 

İşəgötürənin reytinqi