İnsan Resursları üzrə mütəxəssis

İşin təsviri

Əmək haqqı: 800-1000 Azn

İş qrafiki: Həftədə 6 gün

Iş yeri: Bakı Buzovna qəsəbəsi (Yaxınlıqda yaşayanlara üstünlük verilir)

Nahar şirkət tərəfindən təmin olunur

Namizədə Tələblər:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
  • Ali təhsil;
  • Bu sahədə minimum 2 il iş təcrübəsi;
  • E-gov Elektron Hökumət Portalında mükəmməl işləmə bacarığı;
  • 1C bilikləri və 1C ilə işləmə bacarığı
  • Sənəd ilə işləmə bacarığı (aktlar, əmrlər və s.)

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
  • Əmək kitabçalarında qeydlər aparmaqla iş qeydiyyatını aparmaq;
  • Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
  • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
  • İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın 1-2-sində tam məlumatı təqdim etmək.
  • İşə Qəbul müsahibələrinin / ilkin görüşlərin keçirilməsi və dəyərləndirilməsi

Qeyd: Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.