İşin təsviri
                
                
                                
                Namizədə Tələblər:
	- Ali təhsil
- Qida sahəsində ən az 3 il anbar təcrübəsi olmalı
- Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək
- 1C proqramında anbar modulunda işləmək 
- Müəssisə Buzovna qəsəbəsində yerləşir.
Vəzifə öhdəlikləri:
	- Xidmət sahəsində yük daşınmaları, yükün,  xammalın, mal materialın anbara qəbulu və oradan təhvil verilməsini təmin etmək;     
- Anbarda olan yüklərin siyahısını tərtib etmək:
- Xammal və mal materialları anbara qəbul edərkən,  faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla çəkisinin dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq;
- Xammal və mal materialların xüsusiyyətindən asılı olaraq  anbarda düzgün yerləşdirilməsini təşkil etmək;      
- Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan malı anbara qəbul etmək və anbarda malların qabaqcadan komplektləşdirilməsini təşkil etmək;
- Malın göndərilməsi barədə Əl terminalı və kompyuter vasitəsilə «Anbar» proqramında müvafiq qeydiyyat aparmaq;
- Malın qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlamaq;
- Anbara Malları təhvil almaq və malları təhvil vermək;
- Malı təhvil alarkən malın qaiməsi ilə mala aid göstəriciləri üzləşdirmək;
- Malın qablaşdırmasına diqqət etmək;
- Malların yükdaşıyanlara və mexanizasiya vasitələri ilə anbarda düzgün yerləşdirilməsinə nəzarət etmək. Bu zaman yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasına diqqət yetirmək;
- Zəruri hallarda – malların sənədləşməsində çatışmamazlıq, say və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və malın xarab olması hallarında malın nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;
- Malın tərkibindən asılı olaraq, onu qəbul edərkən təhlükəli mallar üzrə inspektoru, Keyfiyyətə nəzarət xidmətinin əməkdaşnı malın qəbuluna cəlb etmək;
- Təhlükəli mallar»ın, onlar üçün ayrılmış xüsusi şəraiti olan anbara yerləşdirilməsini təmin etmək;
- Malı anbara qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə malın qəbulunun təsdiqləmək;
- Anbara qəbul edilmiş mallar barəsində  sənədləri Mühasibatlıq şöbəsinin  əməkdaşlarına vermək;
- Sənədlərində qeyri-dəqiqlik və çatışmazlıq faktı olmayan yükü yükalana təhvil vermək;
- Anbarların təyin edilən günlərdə inventarizasiya-sayımını keçirtmək.
İş şəraiti
	- Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsindən asılı olaraq razılaşdırılacaqdır.
- İş qrafiki: 6 günlük.
- Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.