Mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşçilərin aylıq əmək haqqlarının, məzuniyyət, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi; 
  • Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
  • Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
  • Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması;
  • Mühasibat uçotu sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir;
  • Dövlət büdcəsinə ödənişlərin (MDSS, ƏDV, ÖMV) düzgün hesablanılması və vaxtında köçürülməsi;
  • E-Qaimə Faktura tərtib olunması və göndərilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının hazırlanmasına nəzarət edilməsi;
  • Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatların hazırlanması;
  • Tələb olunan hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Vəzifəsi ilə əlaqədar bir başa rəhbərin verdiyi tapşırıqların icra olunmasını təmin etmək;
  • Əmək haqqı üzrə statistika hesabatlarının hazırlanması;

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Müvafiq sahələrdə 1 il idarəedici səviyyədə iş təcrübəsi
  • MS Office, Outlook (istifadəçi səviyyəsi), MS Excel (formulalarla işləmək)
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
  • Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
  • Diqqətli, punktual, səbirli və məsuliyyətli olmalı
  • Ünsiyyət qurma və izah etmə qabiliyyəti

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Mühasib) göstərilməklə [email protected] göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.