Nəzarət və Buraxılış Xidməti Meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şöbənin idarə olunması və ümumi rəhbərliyin həyata keçirilməsi, tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünün aparılması;
  • Şöbənin illik büdcəsini hazırlamaq;
  • Müəssisənin ümumi təhlükəsizliyini təmin etmək (daxili və xarici);
  • Müəssisədə baş verə biləcək hər cür yanğın, təxribat, mənimsəmə, oğurluq və digər neqativ halların vaxtında qarşısının alınması üçün qanunvericilik və daxili qaydalara uyğun profilaktik tədbirlər görür və bu cür halların aşkar edildiyi təqdirdə dərhal müəssisənin rəhbərinə məlumat vermək;
  • Şöbədaxili inventarizasiyanın aparılmasına nəzarət etmək;
  • Tabeçiliyində olan əməkdaşlara xidmət ilə əlaqədar mütəmadi təlimlərin keçirilməsi təmin etmək;
  • Tələb olunan hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Yanğın və fövqəladə hallar zamanı müəssisənin təhlükəsizliyinin təkmilləşdirilməsi, təhlükəsizlik texnikası pozuntularının aradan qaldırılması üçün tədbirlərin görülməsi üçün təlimat və təkliflər hazırlayır və təsdiqə təqdim edir;
  • Müəssisənin işçiləri tərəfindən iş yerində mümkün ziyan vura biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlərin təşkili və həyata keçirilməsi;
  • Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etmək;
  • Müəssisənin ərazisinə daxil olmaq üçün müəyyən olunmuş qaydaya uyğun olaraq daimi, müvəqqəti və birdəfəlik icazə vərəqələrinin və yaxud buraxılmış sənədlərin yazılması, rəsmiləşdirilməsi və verilməsi prosesinin həyata keçirilməsi;
  • Müəssisədaxili nəzarət-buraxılış rejiminə ciddi riayət edilməsinə nəzarəti həyata keçirmək;
  • Müəssisənin işçi heyəti və digər şəxslərin, o cümlədən avtonəqliyyat vasitələri və maddi sərvətlərin əraziyə giriş-çıxışının qeydiyyatının aparılmasına nəzarət etmək;
  • Müəssisənin rəhbərinin göstəriş və tapşırıqlarına müvafiq olaraq, müəssisənin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
  • Vəzifəsi ilə əlaqədar birbaşa rəhbərin verdiyi tapşırıqların icra olunmasını təmin etmək;

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Müvafiq sahədə təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatları.
  • Müvafiq sahədə 1-3 il idarəedici səviyyədə iş təcrübəsi
  • MS Office, Outlook (istifadəçi səviyyəsi), MS Excel (sadə formulalarla işləmək)
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
  • Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
  • Azərbaycan dilini mükəmməl bilmək (ingilis və rus dili bilikləri əlavə üstünlükdür);
  • Diqqətli, punktual, səbirli və məsuliyyətli olmalı;
  • Ünsiyyət qurma və izah etmə qabiliyyəti

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Nəzarət və Buraxılış Xidməti Meneceri) göstərilməklə göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.

Qafqaz Hotels & Resorts tərəfindən digər vakansiyalar