Baş şirniyyatçı köməkçisi

İşin təsviri

 Vəzifə öhdəlikləri:

  • Keyfiyyət və qida təhlükəsizliyi standartlarını çox yaxşı bilməli, şəxsi gigiyena prosedurlarına riayət olunmasını təmin etməli, həmçinin tabeliyindəki işçilərə aşılamalı;
  • Bütün növ şirniyyatları və un məmulatlarını standartlara uyğun hazırlamaq və Baş şirniyyatçıya hesabat  vermək;
  • Hazırlanan şirniyyatların keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
  • Buraxılan qənnadı məmulatlarının, undan hazırlanma məmulatların çeşidlərinin genişləndirilməsi, yeni məhsul növlərinin tətbiqi üzrə təkliflər hazırlamaq üçün Baş şirniyyatçıya dəstək olmaq;
  • Milli və xarici mətbəxlərin qənnadı məmulatlarını bişirmək;
  • Hazırlanmış məhsulların keyfiyyətini təmin etmək;
  • Milli və xarici mətbəxlərin qənnadı məmulatlarını bişirmək.
  • Ərzaq təhlükəsizliyi normaları, həmçinin mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmaq;
  • Gündəlik sifarişlərə nəzarət etmək;
  • Hazırlanan şirniyyatların standartlara uyğun qablaşdırılması və daşınmasına nəzarət etmək;
  • Tabe işçilərə, xüsusilə təcrübə keçən işçilərə və köməkçilərə nəzarət etmək;
  • Yeni məhsul çeşidləri, qənnadı məmulatlarının, undan hazırlanan məmulatların çeşidlərinin genişləndirilməsi ilə bağlı təkliflər vermək;
  • Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıların minimuma endirilməsinə nəzarət etmək;
  • Dequstasiya prosesinə hazırlığı həyata keçirmək;
  • Tabeçiliyində olan işçilərin iş qrafikini təyin etmək;
  • Tabeçiliyində olan işçilərə əmək satandardları,şəxsi gigiyena və peşə istiqamətli təlimlər keçmək və bilik,bacarıqlarının yüksəldilməsini təmin etmək.

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Aşpazlıq sahəsində müvafiq təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatları.
  • Şirniyyat-qənnadı sahəsində ümumilikdə 3-5 il, idarəetmə vəzifəsində 1-3 il iş təcrübəsi
  • MS Office proqramlarını bilməli
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
  • Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
  • Qonaqpərvərlik və restoran sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir.
  • Azərbaycan dilini mükəmməl bilmək (ingilis və rus dili bilikləri əlavə üstünlükdür);

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Baş şirniyyatçı köməkçisi) göstərilməklə elektron poçtuna göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.