Aşpaz - Çörəkçi

İşin təsviri

 Vəzifə öhdəlikləri:

  • Keyfiyyət və qida təhlükəsizliyi standartlarını çox yaxşı bilməli, şəxsi gigiyena prosedurlarına riayət olunmasını təmin etməli, həmçinin tabeliyindəki işçilərə aşılamalı;
  • Bütün növ (yerli və avropa çörəkləri) və un məmulatlarını standartlara uyğun hazırlamaq;
  • Hazırlanmış məhsulların keyfiyyətini təmin etmək;
  • Bütün instruksiya və reseptlərin müvafiq şəkildə icra edilməsindən əmin olmaq;
  • Ərzaq təhlükəsizliyi normaları, həmçinin mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmaq;
  • Gündəlik sifarişlərə nəzarət etmək;
  • Hazırlanan çörək və çörək məhsullarının standartlara uyğun qablaşdırılması və daşınmasına nəzarət etmək;
  • Yeni məhsul çeşidləri, çörək və çörək məhsulları, undan hazırlanan məmulatların çeşidlərinin genişləndirilməsi ilə bağlı təkliflər vermək;
  • Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıların minimuma endirilməsinə nəzarət etmək;
  • Dequstasiya prosesinə hazırlıq işlərinə köməklik göstərilməsi;

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Aşpazlıq sahəsində müvafiq təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatları.
  • Şirniyyat, çörəkbişirmə sahəsində ümumilikdə 1-3 il iş təcrübəsi;
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
  • Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı;
  • Qonaqpərvərlik və restoran sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir;

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Aşpaz-Çörəkçi) göstərilməklə elektron poçtuna göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.