İşin təsviri
Premium seqmentdə Mebel və interyer həllərinə fokuslanan Mutfakçı şirkəti SMM və marketinq sahəsində əməkdaş axtarışındadır.
Yeniliklər dolu Mutfakçı komandasında çalışmaq istəyirsinizsə Sizi gözləyirik!
Tələblər:
- Yaş həddi 22 – 35 arası xanım əməkdaşlar
- Ali təhsil
- Minimum 1 il iş təcrübəsi
- Kompyuter biliklərinə malik olmaq
- Foto və video çəkilişlər, redaktə proqramları bilikləri
- Sosial media alətlərindən istifadə bacarığı
- Ana dilimizdə və Rus dilində sərbəst danışmaq.
Vəzifələr:
- Şirkətin social media fəaliyyətini təşkil etmək. Gündəlik post, story media planına uyğun olaraq çalışmaq
- Yeni kontentlərin yaradılması: müştəri evlərində çəkilişlər, video və foto postların yaradılması.
- Tədbirlərin təşkili üçün agentliklərlə çalışmaq
- Mağaza daxilində məhsulların düzgün təqdimatı üçün marketinq alətlərindən istifadə etmək
- Müştəri məmnunluğunu artırmaq üçün fəaliyyətlər – təkliflər vermək
- Müştərilərlə iş prosesində hesabatçılıqlar yaratmaq
İş barədə məlumat:
- Bazarda stabil əmək haqqı və satışa görə bonuslar;
- 5 gün rəsmi iş şəraiti;
- Telefon və digər lazımı vasitələrlə təminat;
- Treninqlər, şəxsi inkişaf qrafikinə uyğun olaraq fəaliyyət;
- İş qrafiki: 10:00 – 19:00
Yuxarıda olan tələblərə uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.