Mühasib

  • Resant Group
  • Elanın qoyulma tarixi: 09.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mühasibinin qarşısında duran əsas vəzifələr şirkət rəhbərliyinin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasından ibarətdir;
  • Mühasib şirkətin direktorunun əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir;
  • Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirir və icra edir;
  • Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir;
  • Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparır;
  • Şirkət tərəfindən ona həvalə olunmuş elektron poçt qutusuna mütəmadi olaraq nəzarət edir və elektron yazışmaların operativ cavablandırılmasını icra edir.

Namizədə bağlı tələblər:

  • Təhsil-Ali;
  • 1C, Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
  • Azərbaycan, İngilis dillərini əla səviyyədə bilməli;
  • Həmin sahədə ən azı 3  il iş təcrübəsi;
  • Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmağı;
  • Xanım namizədlərə üstünlük veriləcəkdir;
  • Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı.

İş Şərtləri:

  • İş vaxtı: həftədə 5 gün;
  • Nahar şirkət tərəfindən verilir;
  • Əmək haqqı müsahibə zamanı təyin olacaqdır.

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini göndərə bilərlər.

Email: [email protected]

İşəgötürənin reytinqi