Aktivlərin idarə olunması şöbəsində İqtisadçı-analitik

İşin təsviri

Vəzifə üzrə tələb olunan biliklər:    

  • Azərbaycan Respublikasının maliyyə və investiyaya dair qanunvericiliyi üzrə biliklər;
  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması üzrə biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:    

Ümumi fərdi keyfiyyət meyarları:

  • Motivasiya;
  • Komanda işi;
  • Nəticəyönümlülük;
  • Etibar yaratma;
  • Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:

  • Keyfiyyət yönümlülük;
  • Məlumat əldəetmə;
  • Kommunikabellilik.

Digər tələb və üstünlük göstəriciləri:    Avropa və ya ABŞ-da bakalavr və ya magistr təhsili almış namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:    

  • Aktivlərin səmərəli, davamlı, sistemli, əlaqəli, həm hazırkı, həm də gələcək istifadəçilər üçün xərc baxımından əlverişli idarə edilməsinin təmin edilməsi məqsədilə koordinasiya, monitorinq və qiymətləndirmənin həyata keçirilməsində iştirak etmək;
  • Aktivlərin idarə edilməsi üzrə hesabatlılığı təmin etmək, hesabatların forma, məzmun və intervalının müəyyənləşdirilməsində iştirak etmək, elektron və yazılı məlumat bazasının yaradılmasını, məlumatların müvafiq dövriyyəsini və mütəmadi olaraq yenilənməsini təşkil etmək;
  • Aktivlərin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində son müsbət təcrübənin öyrənilməsi məqsədilə beynəlxalq və yerli təşkilatların mütəxəssisləri ilə əlaqələr yaratmaq, fikir mübadiləsi aparmaq, bu sahədə müsbət tendensiyaları izləmək və tətbiq imkanlarını araşdırmaq..

Tələb olunan təhsil istiqaməti/ixtisası: İqtisadiyyat, maliyyə.
Tələb olunan minimum təhsil dərəcəsi:  Bakalavriat
Tələb olunan minimum əmək stajı: 1 il
Tələb olunan komputer bilikləri: MS Office – sərbəst.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – sərbəst; Rus dili – orta.

 

https://career.ady.az/Vacancy/Get?id=1916#vp