Satınalma şöbəsinin mütəxəssisi

İşin təsviri

Vəzifə üzrə tələb olunan biliklər:

  • Xarici bazarda satınalma araşdırmalarının aparılması üzrə biliklər;
  • Satınalma əməliyyatları üzrə biliklər;
  • Sifarişçi ilə şirkət arasında olan satınalma müqavilələrinin hazırlanması və tətbiq olunması üzrə biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:        

  • Motivasiya;
  • Komanda işi;
  • Nəticəyönümlülük;
  • Etibar yaratma;
  • Məsuliyyətlilik;
  • Keyfiyyət yönümlülük;
  • Diqqətlilik;
  • İntizamlılıq.

Digər tələb və üstünlük göstəriciləri: Xarici satınalma üzrə 1 il iş təcrübəsinə sahib, IELTS 7.0 sertifikatına malik olan, mühəndislik sahəsi üzrə təhsil almış namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:    

  • Satınalma əməliyyatlarının təşkil edilməsi;
  • Xarici bazarda satınalma araşdırmalarının aparılması;
  • Tenderlərin təşkil olunması, tender proseslərinin izlənilməsi;
  • Təkliflərin toplanması prosesinin icra edilməsi;
  • Sifarişçi ilə şirkət arasında olan müqavilələrin hazırlanması və tətbiq olunması;
  • Müntəzəm olaraq sifarişçi ilə şirkət rəhbərləri arasında olan əlaqələrin idarə edilməsi;
  • Birbaşa satınalma rəhbərinə kompleks tədbirlərin ötürülməsi; Proses dövründə sənədləşmə ilə bağlı dəyişikliklərin və təkmilləşmələrin təklif edilməsi;
  • İş və xidmətlər üçün "Razılaşma müqavilələri"nin hazırlanması və həmin müqavilələrin aidiyyəti tərəflərlə razılaşdırılmasının təmin edilməsi. .

 

https://career.ady.az/Vacancy/Get?id=1914#vp

Son müraciət tarixi:  27/12/2021