Sosial Media meneceri

  • Impler Agency
  • Elanın qoyulma tarixi: 22.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Facebook, Instagram, Linkedin, Tiktok kimi sosial media şəbəkələrində hesabların idarə olunması; 
  • Sosial Media üçün kontent yaratmaq (mətn, foto, video) və sosial mediada yerləşdirmək;
  • Video icmallar, video izahlar üçün ideyalar təklif etmək;
  • Dizayner, fotoqraf və videoqraf ilə birgə vizual materialın hazırlanmasında iştirak etmək;
  • Sosial Media üçün kreativ post ideyaları vermək, postlar üçün yazılar hazırlamaq;

Tələbər: 

  • Mükəmməl Azərbaycan dili; 
  • Ən azı bir xarici dili (rus və ya ingilis) sərbəst şəkildə bilmək; 
  • Bu sahə üzrə ən azı 1 illik iş təcrübəsi (reklam və ya sosial media agentliyində təcrübə əlavə üstünlükdür);
  • Yaş və cinslə bağlı heç bir məhdudiyyət yoxdur. 

Portret:

  • Məsuliyyətli, punktual və komandada işləməyi bacaran;  
  • Yenilikləri və trendləri izləyən;
  • Oxumağı, yazmağı və araşdarmağı xoşlayan; 
  • Daima inkişaf etməyi qarşısına məqsəd qoyan;  
  • Planlama və idarəetmə ilə arası yaxşı olan. 

Biz vəd edirik:

  • 600-1000 maaş (təcrübəsinə uyğun təyin olunacaq);
  • Maaşdan əlavə 50% həcmində 13-cü maaş bonus; 
  • Şəhərin mərkəzində yerləşən ofis;
  • Pozitiv, ünsiyyətcil komanda və peşəkar iş mühiti;
  • İşləmək üçün rahat Macbook Air noutbuku;
  • Qlobal və aparıcı yerli brendlərlə müxtəlif layihələrdə öz potensialını reallaşdırmaq imkanları.

Müraciət üçün CV və Portfolionu göndərə bilərsiniz. 

Məktubun başlığı: Elə başlıq olsun ki, sizi fərqləndirsin. Portfoliosuz və standart başlıqlı məktublara baxılmayacaq. 

Seçim qaydası:

Uyğun namizədlərlə CV göndərdiyi andan etibarən 72 saat ərzində əlaqə saxlanılacaq. Elan müvafiq namizəd tapılana kimi qüvvədədir.

Email:[email protected]