Impler Agency


eşəkar üzvlərdən ibarət İmpler komandası kommunikasiya, PR və Digital Marketinqlə bağlı çox müxtəlif layihələrdə çalışmaq təcrübəsinə sahibdir. Fəaliyyətimizə 2012-ci ildə başlamışıq, hazırda Azərbaycanda uzun müddət fəaliyyət göstərən, böyük təcrübəyə sahib, işinə peşəkarlıqla yanaşan və işini sevən agentliklərdən biriyik. 2014-cü ildən etibarən Gürcüstanda da fəaliyyət göstəririk.

Digital kommunikasiyaya fokuslanmağımıza baxmayaraq inteqrasiya olunmuş layihələrin icrası üçün oflayna da keçirik – ATL, BTL və Event istiqaməti üzrə də lazımı işləri həyata keçirmək imkanımız var.

Agentliyimiz həm yerli, həm də xarici şirkətlərlə uzunmüddətli iş təcrübəsinə malikdir. FMCG və Retail (gündəlik təlabat malları və pərakəndə satış) sahəsində daha təcrübəli olsaq da, bütün sahələrdən olan müştərilərə kömək etməyə hazırıq – əsas odur ki, müştəri və iş maraqlı olsun.

Kommunikasiya işində kreativlik və dizaynla yanaşı, kontetin gücünə çox inandığımız üçün layihələrimizə kontentyönümlü düşüncə ilə yanaşırıq. Əgər siz də “Kontent şahdır!” deyirsinizsə, doğru ünvana gəlmisiniz.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?