Korporativ satış meneceri

  • Impler Agency
  • Elanın qoyulma tarixi: 07.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Potensial müştərilərdən daxil olan müraciətlər və sorğular üçün müvafiq təklifləri hazırlanmaq (xidmət təklifləri, təqdimatlar, büdcə və s.);
  • Potensial müştərilərin müəyyən olunması, onlarla əlaqələrin qurulması, tələb və istəklərini müəyyən etmək, satış prosesini həyata keçirmək;
  • Müvafiq xidmət və təklifləri potensial müştərilərə təqdim etmək, şirkətlərin məsul şəxsləri ilə əlaqələr qurmaq, danışıqları aparmaq, görüşlər təşkil etmək;
  • Tender və müsabiqələrdə iştirak üçün lazım olan sənədlər və təkliflər hazırlamaq; 
  • Biznes inkişafı ilə bağlı fəaliyyət planının tətbiqi ilə bağlı müəyyən işlərin icrası;
  • Təklif formalaşdırma prosesində kreativ komanda ilə birgə işləmək. 

Tələblər:

  • Ən azı bir xarici dili (rus və ya ingilis) sərbəst bilmək;
  • Marketinq, reklam xidmətləri haqqında ən azından ümumi biliklərə malik olmaq;
  • Bu sahələrdən biri üzrə ən azı 2 illik iş təcrübəsi: korporativ satış, marketinq, reklam xidmətləri, digital marketinq və oxşar sahələr;
  • Yaş və cinslə bağlı heç bir məhdudiyyət yoxdur. 

Təklif:

  • İş qrafiki: 5 gün, 9:00-18:00;
  • Ehtiyac olduqda rahat iş qrafiki;
  • Personal Macbook Air notbuku;
  • Əmək müqaviləsi;
  • Əməkhaqqı müzakirə əsasında (700-1000 AZN net fiks + bonus) 

Müraciət:

Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər (məktubun mövzusu: "Corporate Sales Manager"). Təcrübənizi, marağınızı izah edən məktub üstünlükdür.