Kopirayter

  • Impler Agency
  • Elanın qoyulma tarixi: 13.08.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kreativ komandamıza qoşulacaq bu əməkdaş reklam mətnləri, sosial media üçün kontent hazırlamaq və reklam konsepsiyalarının hazırlanması üzərində çalışacaq. 

Vəzifə öhdəlikləri:

  • Sosial media üçün qısa və diqqətçəkici kontentin və mətnlərin hazırlanması
  • Müxtəlif formatlı məzmunlar üçün (reklam posterləri, video, karusellər və s.) uyğun ideya və mətnlər hazırlanması.
  • Sosial media üçün yaradıcı ideyaların təklif olunması.
  • Aylıq kontent planlarının, Kontent təqviminin düzgün və vaxtında hazırlanması
  • Dizayner və menecerlərlə komanda şəklində işləyərək kontentin vizual və mətn hissəsinin hazırlanması.
  • Müxtəlif reklam kampaniyalarının ideyalarının hazırlanması
  • Video kontent üçün ssenari ideyaları, video briflərin və sssenarilərin hazırlanması.
  • Reklam ilə əlaqəli digər yazı və məzmun işləri

Əmək şərtləri:

  • Maaş namizədin təcrübəsinə əsasən təyin olunacaq;
  • İş vaxtı: həftənin 5 günü, saat 9:30-18:00 
  • Şəhərin mərkəzində yerləşən ofis;

Tələblər: 

  • Mükəmməl Azərbaycan dili; 
  • Bu sahə üzrə ən azı 1 illik real iş təcrübəsi (reklam və ya sosial media agentliyində təcrübə üstünlükdür);

Müraciət üçün CV və Portfolionu Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.