Kopirayter

  • Impler Agency
  • Elanın qoyulma tarixi: 11.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sosial Media üçün kreativ post ideyaları vermək, postlar üçün yazılar hazırlamaq;
  • Sosial Media üçün kontent yaratmaq;
  • Kampaniyalar üçün sloqanlar üzərində iş;
  • Video icmallar, video izahlar üçün ssenarilər hazırlamaq;
  • Reels və TikTok üçün kontent və ideyalar hazırlamaq;
  • Ehtiyac olduğu halda bütün növ reklam, PR və kopirayt işləri;
  • Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü mətnlərın hazırlanması;
  • Araşdırma və trendlərə uyğun kontent yaradılması;

Namizədə tələblər: 

  • Kopirayter vəzifəsində minimum 1 il iş təcrübəsinin olması (reklam və ya sosial media agentliyində təcrübə üstünlükdür);
  • Mükəmməl Azərbaycan dili;
  • MS Office proqramları;
  • Sosial media trendlərini izləməli;
  • Kreativ düşünmə qabiliyyəti;
  • Analitik düşünmə, ünsiyyət qurma bacarığı

İş şəraiti:

  • İş günü: 5 günlük iş rejimi
  • İş saatı: 09:00 - 18:00
  • İş yeri: şəhərin mərkəzində yerləşən ofis;
  • İşləmək üçün rahat Macbook Air noutbuku;
  • Rəsmi əmək müqaviləsi;
  • Əməkhaqqı: 1200 Azn 

Axtardığımız namizədin portreti: 

Bu şəxs ilk olaraq reklam industriyasının aşiqi olmalıdır. O, müxtəlif reklam daşıyıcılarında insanlara düzgün mesajın necə verilməli olduğunu aydın təsəvvür etməlidir. Təkcə sözlü yox, təsvirli düşünməyi də bacarmalı, bu bacarığı inkişaf etdirməlidir. İşində kreativ yanaşma sərgiləmək üçün fərqli baxış bucağına malik olması şərtdir. Bunun üçün araşdırmaqdan yorulmayan, yaradıcılıq potensialını davamlı inkişaf etdirən biri olmalıdır. 

Tələblərə uyğun şəxslər CV formalarını e-mail ünvanına mövzu hissəsinə kreativ başlıq yazaraq göndərə bilərlər. Məktuba başlıq olaraq sizdən kreativ bir başlıq gözləyirik.