İş vaxtının uçotu üzrə mütəxəssis

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 20.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə 1-3 ilədək iş təcrübəsi;
  • Azərbaycan dilində səlis nitqə sahib olması vacibdir (rus, ingilis dili biliyi arzu olunandır);
  • 1C proqramı və ofis proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Komanda şəklində işləmək bacarığı;
  • Nizam-intizamlı, məsuliyyətli, stressə davamlı;

Vəzifə öhdəlikləri:

  • Əmək Məzuniyyəti qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, sənədləşdirmək,arxivləşdirmək
  • İş vaxtının uçotuna daxil olan əməliyyat üzrə qanunvericiliyə əsasən əmək şəraiti şərtlərinin dəyişdirilməsinin sənədləşdirilməsini təmin etmək
  • Əmək şəraiti,  əmək funksiyası, başqa işə keçirmə, başqa işə müvəqqəti keçirmə, işçinin işdən kənar edilməsi hallarında iş vaxtının növlərinin təyin olunmasının təmini, izlənilməsi və nəzarətdə saxlanılması;
  • Sosial məzuniyyət hüququ və ondan istifadə qaydalarının icrasını təmin etmək və ona  uyğun müvafiq əməliyyatların aparılması; 
  • Ödənişsiz məzuniyyətdən istifadə qaydalarına uyğun  sənədləşməni təmin etmək; 
  • Yaradıcılıq və təhsil məzuniyyətindən istifadə qaydalarına uyğun olaraq  sənədləşməni təmin etmək;
  • Əmək münasibətlərinə xitam verilərkən istifadə edilməmiş məzuniyyət günlərinin qeydiyyatının aparılması;
  • Əmək məzuniyyətindən geriçağırma və başqa vaxta keçirilməsi şərtlərinin sənədləşdirilməsini  təmin etmək;
  • Əmək şəraitinə və əmək funksiyasının xususiyyətlərinə görə Əlavə məzuniyyətlərin verilməsinin sənədləşdirilməsini təmin etmək;
  • Şöbələrin təqdim etdiyi gündəlik/həftəlik növbətçilik cədvəllərini müvafiq proqrama daxil etmək, giriş çıxış saatlarının müqayisəsini aparmaq, sorğular təqdim etmək və sistemdə yeniləmək;
  • Davamiyyət cədvəllərində və iş qrafiklərində edilən dəyişiklikləri müntəzəm olaraq sistemdə yeniləmək;
  • İş saatlarının və davamiyyət cədvəllərinin qeydə alınmasına dair hesabatların hazırlanması üçün müvafiq məlumatları daxil etmək və təqdim etmək;
  • Əlavə iş saatları,əlavə iş günü hesablanmasına dair müraciətləri qəbul etmək, davamiyyət üzrə uyğunluğunu yoxlamaq və üst rəhbərinə hesabat vermək;
  • Şirkətin İnsan resursları işlərinin elktron formada həyata keçirmək üçün istifadə olunan proqramlarında (1C. Uyumsoft: Daily attendance ) işləmək;

Müvafiq   tələblərə  uyğun  olduğunuz  təqdirdə  CV-izi  mövzu  hissəsində  müraciət  etdiyiniz vakansiyanın adını – İş vaxtının uçotu üzrə mütəxəssis qeyd etməklə elektron  [email protected] ünvanına  göndərməyiniz xahiş olunur.

 

İşəgötürənin reytinqi